Ziyafət
Страница 1 из 2
Bu gün bizi Abdulla xan qonaq çağırmışdı. Abdulla xan, xüsusən qafqazlılara çox hörmət bəsləyirdi. O, keçmişdə böyük mülkədar idi. O, inqilabın qələbəsindən nicat gözləyirdi. Böyük və varlı düşmənlərinə inqilabın qələbəsi ilə qələbə çalacağını düşünürdü. Əlindən alınan kəndləri geri qaytaracağına ümid bəsləyirdi. Məni neçə kərə qonaq çağırmışdı. Neçə kərə mənzilimə də gəlmişdi. Bu dəfə başqa qonağı olmadığını söylədiyindən Ninanı da özümlə bərabər aparmağı qərara aldım.
Bizi evinə aparmaq üçün Abdulla xanın özü gəlmişdi.
O, yolda başqa söz danışmırdı. İnqilab haqqında söhbətə başlayıb deyirdi:
– Ay rəfiq, görüm sizin inqilab nə iş görəcəkdir? Bütün varlığım ona bağlıdır. Mənim işimi yalnız inqilab həll edə biləcəkdir.
Mən Abdulla xan kimi adamlar haqqında çox eşitmişdim. Bu gün isə şəxsən özüm də onun nə demək istədiyini gördüm və eşitdim.
Abdulla xanın ziyafət salonu qayət zəngin bir salon idi. Salonda tağlar və taxçalar vardı. Tağlarda qiymətli Çin kasaları, boşqablar güldanlar və sair nəfis qablar düzülmüşdü.
Taxçaların içərisində Fətəli şah, Nəsrəddin şah, Abbas Mirzə, Məhəmməd şah, Kərim xan Zənd və sair bu kimi İran hökmdarlarının boyalı şəkilləri çəkilmişdi. Şəkillərin qarşısında isə qiymətli vazlar, yenə də güldanlar və müxtəlif fiqurlar qoyulmuşdu. Ümumiyyətlə, Təbriz evləri fransızların nəşə və zövqünə uyğun bir vəziyyətdə düzəldilmişdi. Təbriz evlərinin saqfində və divarında da çılpaq mələkə şəkillərinə təsadüf etmək olurdu.
Nina ilə mən salondakı zənginliyi bir neçə kərə gözdən keçirdikdən sonra Abdulla xan salona qayıtdı. Onun dalınca başını aşağı salmış və utandığından çöhrəsi qızarıb təbii halından çıxmış bir qadın da salona girdi. Qadının bütün hərəkəti, hətta irəlilədikcə addımlarını atması belə bir iranlı qadınının varlığını ifadə edirdi. Lakin bunun paltarı və üzərindəki zinətlərin heç birisi İran qadınını deyil, kübar və əsl ailədən olan bir fransız qadınını andırırdı. Abdulla xan onun əlindən tutub Ninanın yanına gətirdi. «Səhba xanım!» deyə tanış etdi. Mən də qadının əlini sıxıb tanış oldum. O, əlini nə qədər tez olsa mənim əlimdən dartıb çıxarmağa tələsirdi. Bunu yalnız barmaqlarının damarlarında vücuda gələn titrəyiş mənə hiss etdirmiş oldu.
Salonu bir daha bərabər dolaşdıq. Səhba xanım Nina ilə səsi eşidilməyəcək bir halda qonuşurdu. Mən hələ onun gözlərini görməmişdim. Onun utandığını, yabançı kişi yanına birinci kərə çıxdığını hiss etdiyimdən özüm də onun üzünə dik-dik baxmaq istəmirdim. Bir azdan sonra Abdulla xanın özü də bunu təkrar etdi. «Səhba xanım birinci gündür ki, qonaq olan salona gəlir», – dedi.
Səhba xanımın üzündə başqa İran qadınlarının vurduğu bəzək və zinəti görmədim. Təbriz qadınlarına məxsus ağ və dəyirmi üzünə hiss edilməz bir dərəcədə pudra vurmuşdu. Başqa qadınlar kimi qolçaqlar taxmamışdı. Yalnız sağ qolunda yanları cəvahirlə işlənmiş nəfis bir saat daşıyırdı. Barmaqlarında bahalı üzüklər çoxdu.
Zinətsiz də yüksək bir təbii gözəlliyə malik idi. Getdikcə daha az utanmağa başlayır və başını yuxarı qaldırırdı.
Salonu bir neçə baş gəzdikdən və hər şey barəsində müfəssəl məlumat aldıqdan sonra qadın Ninanın əlindən tutub ailə həyatı ilə tanış etmək üçün başqa otaqlara apardı. Abdulla xanla mən də otaqları dolaşırdıq. Otaqların şeyləri çox zəngin, çox da maraqlı idi. Səfəviyyə padşahları dövründən qalmış ipək bir xalçaya tamaşa etdik. Zərrinə pərdələrin hamısı Fətəli şah dövründə toxunmuş pərdələrdi. Bir çox məxmər və zərrinə şeylərin üzərində tarixləri zər və ipəklə tikmişdilər. Qadın bizə ətrafı mirvarid və incə mərcanla toxunmuş köynək göstərdi. Köynəyin toxunuşu və parçası onun çox qədim və nadir bir şey olduğunu göstərirdi.
Gördüyümüz şeylər içərisində üzü altun tellərlə toxunmuş və nalları xalis gümüşdən olan bir cüt qadın başmağı da vardı. Abdulla xan bu başmaqları Nizamülüləmanın evini qarət edənlərin əlindən böyük pula aldığını söylədi.
Sonra Səhba xanım Ninanı başqa otağa aparıb öz qiymətli gəlinlik paltarlarını göstərmişdi.
Bunu əlavə etməliyik ki, gördüyümüz otaqların hamısı salonda olduğu kimi ən mahir nəqqaşlar tərəfindən qayət incə bir surətdə işlənmişdi. Divarlardakı tablolarda çılpaq mələklər qollarını açıb uçurdular.
Mən hər şeydən artıq xanın kitabxanası ilə maraqlandım. Kitabxanada bir sıra əl yazılarına və tablolara təsadüf etdim. Fətəli şahla rusların müharibəsindən sonra sülh layihəsinin qarası, mütarəkə şərtlərinin üzü, Abbas Mirzə tərəfindən yazılmış Gəncə səfəri, Nadir şah tərəfindən imza olunmuş kənd qəbalələri, şah Təhmasib tərəfindən imza olunmuş fərmanlar və bu kimi bir çox şeylər gördüm. Tablolar içində Abbas Mirzə tərəfindən tikdirilmiş Şəmsül imarənin şəkli, Nadir şahın at üstündə yağlı boya ilə çəkilmiş rəsmi və sair bu kimi bir çox şeylər də vardı. Ən qiymətli rəsmlərdən biri də Yusif və Züleyxanın əlvan rəsmlərindən ibarət idi. Kimin və hansı bir rəssamın tərəfindən çəkildiyi bəlli deyildi.
Çox dolaşdıqdan sonra yenə də haman salona qayıtdıq. Salonun başında düzəlmiş limon və portağal bağçası yanında qoyulmuş çay masasının ətrafına toplandıq. Çayı Səhba xanım özü hazırlayırdı. Biz evə girərkən Abdulla xan qoca ev qulluqçusunun getməsinə icazə verdi. Biz hələ bir stəkan çay içmədən qonaqlar gəlməyə başladı. Qonaqlar tamamilə gözəl və nəhayət dərəcədə şıq geyinmiş gənclərdən ibarət idi. Bunların hər birinin arxasınca da bir nəfər gənc qadın qoltuğunda böyük bir boğça, əlində əlbisə qutusu olaraq içəri girdilər. Mənimlə və Nina ilə tanış oldular. Bizim ikimiz də buna heyrət etdik. Mən gözümün altı ilə Abdulla xan və Səhba xanıma baxırdım. Onlar bir-birlərinə baxıb hiss etdirmədən gülürdülər. Nina mənim qulağıma pıçıldadı:
– Bunu heç vəchlə anlaya bilmirəm. Bu nə məclisdir? Gəncləri buraya yığıb tökməkdə Abdulla xanın məqsədi nədir? Bizimi bunlara, yoxsa bunlarımı bizə göstərməyə gətirmişdir? Bəs bu qadınlar nədir? Gətirdikləri boğçalar və qutular nə üçündür?
Mən Ninanı sakit etmək üçün qulağına dedim:
– Səbir et! Baxaq nə olacaqdır?
Qonaqlar çay içir, yağlı çörəklərdən yeyir və mənim vasitəmlə Nina ilə danışmaq istəyirdilər. Şaşıb qalmışdım. Abdulla xandan bunu soruşmaq da mümkün deyildi.
Abdulla xan «Vəli!» – deyə səsləndi. Vəli gəldi. Abdulla xan gülərək dedi:
– Get, tarı, kamançanı və dəfi gətir!
Vəli bir neçə dəqiqədən sonra qayıtdı. Abdulla xan tarı mənim sağ tərəfimdə oturan gəncə verərək dedi:
– Xosrof xan, mənim əziz qonağımı bir neçə barmağa qonaq etməlisən!
Sonra kamançanı da birisinə verərək:
– Fərudin xan, al bunu dindir, görüm, – dedi.
Ən axırda dəfi İsfəndiyar xana verdi. Çalğı başladı. İsfəndiyar xan oxudu. Bu oxumaq mənə və Ninaya nəhayət dərəcədə nəşə verdi. Mən onların kişi olmalarından şübhələndim. Lakin bir söz demək, bir söz belə soruşmaq mümkün deyildi.
Oxudular, çaldılar. Çalğı bitəndən sonra Nina və mən Abdulla xanın gülxanasını gəzmək üçün həyətə çıxdıq.
Ümumiyyətlə, Təbriz həyətləri gözəl qurulmuşdu. Abdulla xanın həyəti daha gözəl idi. Orada gördüyüm növcə əlvan və sayca artıq gülləri heç bir yerdə görməmişdim.
Yarım saatdan sonra salona qayıtdıq. Lakin gənclərdən heç birini salonda görmədik. Nina Abdulla xandan soruşdu:
– Qonaqlarınız getdilərmi?
– Xeyr, indi gələcəklər.
Beş dəqiqədən sonra qabaqda Səhba xanım, dalınca da beş nəfər gözəl və şıq əlbisəli fransız qadını içəri daxil oldu.
Qadınların hamısı abı rəng donda, zərif corab və zərif tuflilərdə idi. Çox zəngin geyinmişdilər.
Bunlar xəfif təbəssümlərlə bizə yaxınlaşdılar. Fransız qadınlarını təqlid edən bu qadınlar ilk baxışda bir fransız qadınına bənzəsələr də, yaxından yenə də Şərqin kübar qadınlarını andırırdılar. Xüsusən gözlərindən gülmək və baxışında oynamaq yalnız Təbriz qadınlarına məxsus bir gözəllikdir. Onu Şərqin başqa qadınlarında görmək mümkün deyildir.
Onlar bizə yanaşıb yenidən tanış oldular.
Nazəndə, Şükufə, Rəna, Leyla, Səltənət xanım deyə əllərini bizə uzatdılar.
Bu mənzərə bizi daha da heyrətə saldı. Bunlar kimdir? Nəçidirlər? Oxuyub-çalmaq üçünmü çağırılmışlar?
Hər halda burasını bir növ təhlil edə bilmirdik. Lakin qadınların danışıq və hərəkəti onların bu ailəyə mənsub olduqlarını bildirirdi. Qadınlar evi dolaşdıqca ətrafa ətir qoxuları səpirdilər. Bu dəfə qadınlar pudralanmış və barmaqlarını brilyant üzüklərlə doldurmuşdular. Mən və Nina Təbrizdə olduğumuz zaman bu kimi bir ziyafəti görməmişdik. Xüsusən bu kimi şıq və gözəl qadınlara birinci kərə təsadüf edirdik.
Mən bu qadınlara baxmaqla bərabər Ninanı da gözdən keçirirdim. Nina gözəl Təbriz qadınlarına olduqca diqqətlə baxırdı. Mən onda qadınlara qarşı bir rəqabət hissi oyandığını duyurdum. Nina ayağa qalxdı. Salondakı böyük aynanın qarşısında durdu. Gözlərini aynaya açdı, diqqətlə baxdı, gülümsəyərək döndü, dönərkən çiyninin üstündən bir daha aynada öz əndamını gözdən keçirib qadınlara qoşuldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-ziyafet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.
Bağır xanSərdar heç vaxt faytona minməzdi. O, həmişə atlı gedirdi. O, atlanana qədər mən faytonla gedib onu Bağır xanın (Salari-millinin) qapısında gözləyirdim.Sərdar gəlib çıxdı. Bağır xanın qapısında duranlar onu təntənə ilə qarşıladılar. İçəri girdik. Burada Səttar xanın dairəsinə nisbətən daha böyük hərəkət vardı. Bağır xanın mövqeyi qorxulu idi. Hücumların bir çoxu Xiyaban tərəfindən başlanırdı. Buna görə də müharibə edən qüvvələr tamamilə Bağır xan ətrafında yerləşdirilmişdi. Bu ətraf cəbhə şəklində idi. Burada hər kəs silahlı idi. Hər tərəf səngər idi. Hər tərəfdə əski və yeni toplar gözə çarpırdı.
Rəhim xanRəhim xan Çələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. «Qarabağ qəhrəmanının» yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı.Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar.
Təbriz qadınlarıNina son zamanlarda tənqidi çox sevirdi. Gah kütlə arasında iş aparılmamasından, gah qadınların inqilab hərəkatına cəlb edilməməsindən, ara-sıra inqilabın din təsiri altında olmasından danışıb bizi tənqid edirdi.İndi də inqilabçılarda cəza qanununun olmamasını, inqilabi qanunların həyata keçirilməməsini tənqidə başlamışdı.
Стихи других поэтов
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,