Vəqtidir
Gecə keçdi, dur ayağa, rəxt ü xabın vəqtidir,Tövbə istiğfara gəl indi səvabın vəqtidir
Şəm'i söndür, yanmağı hacət deyil bundan belə,Pərdədar olmaq gərək, çünki nəqabın vəqtidir
Soy libası, qoy kənarə, rövşən olsun xanəmiz,Əbrdən xali olan ol aftabın vəqtidir
Xub olur ləb bir ləb etmək həm dəhanı bir dəhan,Təşnənin sirabinə bu dəm şərabın vəqtidir
Fürsəti fovt etmək olmaz, gözlüyür ağyarlər,Anların bədgörlərindən ictinabın vəqtidir
Dərd ü qəm əndühümün dərmanını istəsəm sual,İltifatın var isə səndən cavabın vəqtidir
Qurbanın könlündə dağı-firqətin dəftər tutub,İstərəm şərh eyləyim bir xürdə hesabın vəqtidir
Kitabxana.az · https://kitabxana.az/ru/works/malibeyli-qurban-veqtidir
Клавиши ← → для перехода, R — случайное стихотворение