Qundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.

Məftun eləmişdi məni kəhvarənişin qız,Gördükdə qığıldardı məni mahçəbin qız,Süd əmdiyi vaxt arvadım olmuşdu həmin qız,Nəfsimlə bilirsən nə cihad eyləmişəm mən?Hər gün vurulub dadı-bidad eyləmişəm mən.

Sərf eyləmişəm var nə qədər malü-mənalım,Bəlkə fərəh etsin böyüsün körpə əyalım,Bir az sora toy etmək idi fikri-xəyalım,Bu xeyr işi çoxdandı murad eyləmişəm mən,Amalımı hər gündə ziyad eyləmişəm mən.

Axırda kəbin kəsdi bizə əhli şəriət,Lakin qız özü qılmadı haqqımda məhəbbət,Yoxsul atasın bəslədim, etdim ona xidmət,Puldan keçərək hər cürə zad eyləmişəm mən,Doydurmuşam ac qarnını, şad eyləmişəm mən.

Yüz heyf ola ki, çıxdı mənim qarşıma hicran,İşlər dəyişib, qız bəyənib başqa bir oğlan,Sevdi, qoşulub qaçdı, məni qoydu pərişan,Mollaya gedib ərz ilə dad eyləmişəm mən,Fəryadımı getdikcə ziyad eyləmişəm mən.

Bu zülmə şəriət də gərək olmaya razi,Verməz buna fitva, bilirəm, həzrəti qazi,Hər ləhzə xəyalımda gəzir sevgili mazi,Həm də acı müstəqbəli yad eyləmişəm mən,Yırtıb üzümü dadü-bidad eyləmişəm mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира