Gəlirəm
Əhməd şah İrana gəlib yenə də taxtına əyləşmək üçün Parisdən hərəkət eləmişdir. (İran qəzetlərindən)
Millətimdən, vətənimdən nigaranəm, gəlirəm
Yenə də calisi-evrəngi-Kəyanəm, gəlirəm.
Atılıb düşməsinə baxmadım əhli-vətənin
Müctəhidlər çalışıb yumdula xalqın dəhənin
Yırtdı bir çoxları bica yerə öz pirəhənin,
Yenə əvvəlki şahənşahi-zəmanəm, gəlirəm,
Artıb əskilməmişəm, əski qabanəm, gəlirəm.
Xalisizadə, Tədəyyün, yedi beş-on kötəyi,
Kömək etdi mənə beş-altı parılman köpəyi,
Yenə də yatdı vətən, açdılar yorğan döşəyi,
Mənsə yatmışlara bir hökmü-rəvanəm, gəlirəm,
Ulu bir məmləkətə şahi-cavanəm, gəlirəm.
Nə qədər nəqd param var isə verdim maşına,
Var-yoxum getdi bu rəqqasələrin göz qaşına,
Pul aparmaqlığa gəldim vətənin gül başına
Bütün iranlıya bu işdə əyanəm, gəlirəm
Qurtaran xərcliyi bitab-təvanəm, gəlirəm.
Buna şadəm təbəəm əksəri fars millətidir
Bularin boş həvəs, boş mə’rəkə xasiyyətidir
Köhnə məşrutə yetim millətin hürriyyətidir
Fəqət ondan da bir az pürhəyəcanəm gəlirəm.
Millətimdən, vətənimdən nigaranəm gəlirəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-gelirem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zeynəbin evi. Ev əşyası sadə və yoxsuldur. Gecədir. Top səsləri eşidilir. Dilrüba Zeynəbin oğlu Məcidi qucağında gəzdirir, lay-lay deyir.*Dilrüba**
Altıncı pərdəQuruçay körpüsü. Cəbhədir. Körpünü düşmən qoşunları müdafiə edir. Atışma səsləri eşidilir. Səttar xan dəstəsi hücuma keçir. Düşmən qüvvəsini sıxışdırıb səhnədən çıxarırlar. Qüdrət, Cavad ağa, Tütünçüoğlu, Tağı bəy və başqaları vuruşurlar.*Qüdrət** — *(səhnə arxasında)* Mücahid, hazır ol, səngərdən qalx! Sağa və sola hücum! Körpüyə tərəf irəli!
Maral(Beş pərdə, səkkiz şəkildən ibarət dram əsəri)*Əsərdə iştirak edənlər
Birinci pərdəBirinci şəkilSəhnə Kür çayının kənarında bir meşədir. Astiaq padşahın bacısı şahzadə Maralın şikarkahıdır. Silahlı nökərlər meşədə gəzənləri qovub çıxarırlar. Fəramərz Maral ilə görüşmək üçün meşəyə gəlir.*
Стихи других поэтов · Сатира
Xanəndəsən, oğlan, avazın yaxşı avazdır,Hərçənd ki, elmin, biliyin bir qədər azdır.
Nədir, aya, yenə üsyanları iranlıların?Опять неймется голытьбе - умерь ее, аллах!Взыграла кровь у персиян, и мести блеск в очах!
ArzuYa rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
YorğanÇün yoxdu pulun ətləsə, dibayə, qumaşə,Çün çatmır əlin küftəyə, bozbaşa və aşə,