Страница 1 из 2

Keçmiş günlərdən

“Molla Nəsrəddin”in birinci ilinin birinci nömrəsində “Molla Nəsrəddin” şivəsinə yarayan məzhək şeirlərdən bir nümunə çap olunmuşdu: “Lisan bəlası”.

Ey dil, dəxi dinmə və sukut et, səni tarı,
Lal ol və danışma!
Sal başını aşağa və heç baxma yuxarı,
Mal ol və danışma!

və i. a.

Necə ki, məlumdur, bu şeiri yazan əsla şair deyil idi. Bu bir nümunə idi ki, bunu birinci nömrədə dərc etməkdə biz həqiqi “Molla Nəsrəddin” şairini axtarırdıq. Biz Sabiri və Məşədi Sicimqulunu axtarırdıq.

Bir tərəfdən birinci nömrəmizi şeir babətindən yarımçıq buraxmaq istəmirdik və digər tərəfdən də Sabirin və Məşədi Sicimqulunun dünyada varlığından xəbərdar deyildik. Əlimizdə də bu bir neçə yalançı şer parçalarından qabil bir şey yox idi.

Ancaq bunu deyə bilərik ki, öz-özlüyündə naciz bu şerlər çox böyük nəticəyə səbəb oldu: Şirvan torpağında, qazı Hacı Məcid əfəndi kimi canavarın qorxusundan sabun tiyanı dalında gizlənən Ələkbər Sabirin əlinə “Molla Nəsrəddin”in həmin birinci nömrəsi çatır, oxuyur.

– Pəh, pəh, pəh! Maşallah! Qələmi ver mənə. Ay arvad, sən də qapıları bərk bağla! Məni soruşan olsa de ki, gedib sabun satmağa. Məbadə Hacı Məcid əfəndinin müridləri və qoçuları xəbərdar olalar! Yoxsa məni səngisar edərlər. Al gəldi, Molla əmi:

Bilməm nə görübdür bizim oğlan oxumaqdan,
Dəng oldu qulağım!
Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan,
İncəldi uşağım!
Ağlın aparıb bəs ki, baxır gündə qaraya.
Yarəb, nə həmaqət!
Söz etməz əsər, çarə qalıb indi duayə,
Tədbir elə, övrət!

və i. a. Yenə:

Bu çərxi-fələk tərsinə dövran edir indi,
Fəhlə də özün daxili-insan edir indi!

Hə! Necə oldu “Molla Nəsrəddin”in “Lisan bəlası”nın şairi?

Səsini xırp kəsdi və kəsməkdən savayı özgə bir əlacı yox idi. O səbəbə ki, Sabir mərdi-mərdana özünü tulladı “Molla Nəsrəddin” meydanına və elə bir nərilti və gurultu ilə dalbadal yazmaqda davam etdi ki, hətta bəlkə özünə bərabər olan Məşədi Sicimqulunu da xeyli bir vaxt sükutda saxladı və elə yadıma gəlir ki, Sabirin “Molla”da zühurundan ta ilyarıma qədər Məşədi Sicimqulunun mənzum əsərləri idarəmizə gəlib çatmadı.

Və lakin ruslar demişkən, “heç bir şər yoxdur ki, orada xeyir olmasın”. Bu halı biz burada böyük bir mayeyi-təsəlli sanırıq. Məşədi Sicimqulu bu ilyarımın müddətində qələm ilə bizə kömək etməkdə özünü bizdən uzaq saxlamadı. Belə ki, bu müddətdə idarəmizə beş-on parça nəsrlə yazılmış şirin məqalə göndərdi. Bir surətdə ki, o vədələr Gəncə aləminin növ-növ guşələrini dadlı və duzlu dil ilə təsvir edən haman məqalələr öz vaxtında xeyli qiymətli idilər. Bunu unutmamaq ki, Sabirin şairlik qüvvəti-qələmi Məşədi Sicimquludan artıqdırsa da, ikincisinin mənsur qələminin mislini biz Sabirdə tək bircə dəfə də görmədik.

Məşədi Sicimqulu Kefsizin “Əlidəyənəkli” imzası ilə birinci mənsur məqaləsi gəncəli Bəşir Hacı Hüseyn oğlunun çinar ağacına çıxıb, dolaşa quşunu düşürməyinin rəvayətidir ki, məcmuəmizin birinci ilinin 11-ci nömrəsində (1906-cı ildə 16 iyunda) dərc olunubdur:

“Neçə gündür ki, 18 yaşında Bəşir Hacı Hüseyn oğlu çıxıb çinar ağacına dolaşa düşürsün. Quşu tutub cibinə qoyandan sonra ağacdan yıxılıb, qılçası sınıb, aparıblar evə, atası gəlib deyib:

– Oğul, necəsən? Quş cibində ölməyib ki? Sağdırmı?

Deyib:

– Sağdır.

Atası çox şükürlər edib ki, nə yaxşı quş ölməyib, sağdır.

“Əlidəyənəkli”

Əz tərəfi:

Bu bir neçə sətirdə, doğrudur ki, vəzn və qafiyə yoxdur, bununla bərabər, Məşədi Sicimqulunun qələmindən törəyən belə-belə duzlu rəvayətlərin və zərif məzhəkələrin vəzn və qafiyəyə heç ehtiyacı yoxdur. On səkkiz yaşında Bəşir çıxır çinar ağacına dolaşa tutsun, quşu cibinə qoyandan sonra ağacdan yıxılır, qılçası sınır. Atası gəlib oğlunun yıxılmasını gördükdə, onun qılçasının sınmağının qeydinə qalmır, ancaq oğlunun cibindəki quşun əhvalını soruşur; çünki atası özü də quşbaz imiş.

Bu bir neçə sətir ilə şairimiz bir bunu demək istəyir ki, on səkkiz yaşında Bəşir gərək dərsdə ola, gərək bu yaşda məktəbi bitirməkdə və uca məktəbə daxil olmaq fikrində ola, nəinki ağaca çıxıb quş tutmaqda ola. Bir də məqalə sahibi bunu istəyir desin ki, Bəşirin atası ki, gəlib oğlunun qılçasını sınmış gördü, lazım idi ki, fövri oğlunun dərdinə qala, onun müalicəsinin dalınca ola, fövri təbib gətirdə, oğlunun bu sində quş dalınca düşməyinə dilgir ola; amma bunların hamısının əvəzində, oğlunun qılçasının sınmağına əsla mütəəssir olmayıb, ancaq quşun qeydinə qalır; ancaq dolaşanın səlamət olmağını axtarır.

Məşədi Sicimqulu şairimizin ikinci məqaləsi məcmuəmizin birinci ilinin 14-cü nömrəsində çap olunub. Burada şair kitabfüruş Kərbəlayı Təbrizinin dilindən idarəmizə şikayət yazır; yazır ki:

“Ey Molla Nəsrəddin kişi, bəs deyilmi bu qədər mərdümazarlıq? Ay kişi, sən mənim bazarımı kasad eləyirsən. Üç aydır ki, məndə olan kitablar heç satılmır. Qabaqdan mağıl yaxşı satırdım, amma indi bir neçə kitab var, mənə cərimə olubdur; çünki daha satılmır. “Cameüddəvat” – 50 cild, “Təbiri-xab” – 30 cild, “Gülsüm nənə” – 270 cild, “Qırx sual” – 160 cild.

Əgər bunların pulunu göndərdin, xub, göndərməsən, gedərəm Marağada Molla Şükürün falaqqasını gətirərəm Tiflisə, sənin ayaqlarını falaqqaya qoyub o qədər döyərəm ki, ölərsən. Bəsdir bu qədər mərdümazarlıq!”.

“Bəsdir bu qədər mərdümazarlıq” – şairimiz deyir. Şairimiz “Molla Nəsrəddin”in mövhumata çəkdiyi hücumunu lazımınca dərk etdiyindən, bunu düşünübdür ki, təzə tutub getdiyimiz yol həqiqətdə kərbəlayı kitab-füruşlara mərdümazarlıqdır. O səbəbə ki, “Molla Nəsrəddin”in vücudu ilə “Cameüd-dəvat”lar və “Xabnamə”lər daha mürur ilə hörmətdən düşəcəklər və hətta məktub sahibi bizi bir tövr hədələyir də: bu tamahkar kitabfüruşun zərərini göndərdin, – xub, əgər göndərməsən, Marağadan Molla Şükürün falaqqasını gətirərəm, Tiflisdə ayaqlarını falaqqaya qoyaram!

Güman etmək lazımdır ki, falaqqa qorxusunu şairimiz Gəncə mollaxanalarında uşaqlıqda çox çəkibdir.

– Ədə, qırışmal, dərsini sabah əzbərləməyib gəlsən, ayaqlarını falaqqaya qoyaram!

Amma məktub sahibinin hirsi Molla Şükürün hirsindən qəliz imiş; ta o dərəcəyə kimi ki, falaqqanı götürüb ta Tiflisə kimi gəlmək istəyir.

Məcmuəmizin birinci ilinin 15-ci nömrəsində Məşədi Sicimqulu Kefsizin bir məktubu çap olunub. Bu məktubun, sahibi üçün xüsusi əhəmiyyəti budur ki, ərəb hürufatını tənqid edir. Demək, haman məktub, şair Məşədi Sicimqulunu keçmişdə ərəb hürufatını xoşlamayanlar cərgəsinə daxil edir.

Məktubun məzmunu belədir:

“Ağdaşdan bir nəfər, ağa Qulam Tağıyev öz müştərilərinin birinə bir kağız yazıbdır və haman kağızda bir belə şəkil çəkibdir:

Biçarə tacir məktubu əl-əl gəzdirib, heç bir kəs oxuya bilməyib; Gəncədə də ki, savadlı molla tapmaq mümkün deyildir. Axırda gətirdi mənə, mən də neçə gündür zərrəbin, nə bilim nələr vasitəsilə nə qədər edirəm, oxuya bilmirəm. Tacir yazıq da qalıbdır beləcə məəttəl. Nə eləsin? Nə hesabını başa düşə bilir, nə kitabını; nə mayasını qana bilir, nə qazancını.

Yazıqdır, gör buna rəhm eləyib oxuya bilərsənmi?..

İmza: “Qanacaqsız”

İdarəmiz o vədə şairin həmin məktubunun qurtaracağında ona bir belə cavab verdi:

“Məktubda çəkilən şəkli biz oxuduq və oxumaq çox asan imiş, yazılıb: “Müsəlman hürufatını icad eləyənə beş min rəhmət!”.

Necə ki, məlumdur, o vaxt biz həmişə ərəb hürufatı ilə də mübarizədə olmuşuq və bu mübarizədə bizə ən yavuq köməkçi Məşədi Sicimqulu kimi qələm yoldaşlarımız olubdur.

Məcmuəmizin birinci ilinin ərzində Məşədi Sicimqulu Kefsizin mənsur məqalələrinin axırıncısı “Cavan ilə hacı ağanın şirin söhbətidir” ki, haman ilin 13-cü nömrəsində çap olunubdur. Bu məqalədə bir cavan üzünü bir nəfər hacıya tutub deyir:

“ – Hacı ağa, məhəllə tələbələri üçün məscid hücrəsində qiraətxana kimi bir şey açmaq istəyirik ki, qəzetdən-zaddan gətirib camaatı əhvali-zəmanədən xəbərdar edək. Siz nə qədər mərhəmət edirsiniz?

Hacı:

– Necə? Mən helə çərən-pərənə pul-zad vermərəm! Rəhmətliyin uşağı! Qəzeti küçədə oxuyanlardan mənim zəhləm gedir, sən hələ gətirib məscidül-həramə soxmaq istəyirsən?! Təzə “məssəb” çıxartmısınız?

Cavab:

– Neynək, bu dursun. Yetim uşaqların məktəb xərcini verməyə qərar qoyublar; o cümlədən bizim məhəlləyə yeddi uşağın xərci düşübdür. Onların birisinin xərcini siz veriniz, hacı, savabdır.

Hacı:

– Mənciyəz qələt elərəm! Savab olan şeyi mən yaxşı bilirəm. Yetim oxumağı-zadı neyləyir? Əgər “təmiz” uşaqdır, gəlsin mənim evimə qulluq eləsin, yemək-içmək verim, vəssəlam! Get ağlını başına yığ!..”

Bu bir neçə sətrin mənası, bir neçə sətir yox, bəlkə bir neçə səhifəyə sığışan bir mətləbdir. Əvvələn, köhnəpərəst bir hacının, başı savab və axirət ilə dolu bir hacının qəzetdən zəhləsi gedir: nəinki onu məscidül-həramə gətirməyə razı olmur, hələ bəlkə küçədə də qəzet oxuyanı görə bilmir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci sənayeləşdirmə istiqrazı

Bir para az bilən adamlar qəzet idarələrinə məktublar yazıb hey soruşmaqdadırlar ki, aya bu ikinci dəfə sənayeləşmə istiqrazı ki, elan olunur, aya, bu istiqraz vərəqələrindən hasil olan məbləğ nəyə sərf olunacaq?Və qəzet idarələri də doğrudan da cavab verdilər ki, bu pullar sərf olunacaq əvvəla – Şuralar ölkələrində fabrik və zavod təsis eləməyə.

2 мин
Qoçu xəbərləri

Axır vaxtlarda bir neçə yerdə qoçular böyük hünər göstərməyə başlayıblar: insan bu işləri görəndə təəccüb edir ki, aya bu qudurğanlar məgər Şura hökumətinin qoçular üçün həməvəqt hazırda olan çomağını görmürlər?Bir para həyasız qoçulardan axır vaxtlarda elə igidlik xəbərləri gəlir ki, guya indi heç şura əsri deyil, çinovnik əsridir ki, gedib vurub birini gün günorta çağı döyəsən, sonra qaçasan pristava rüşvət verib çıxasan aralığa və papağını yanqılıcı qoyub bığını bura-bura gəzəsən.

2 мин
İsgəndəri-kəbirlər

Qədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş.İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar.

2 мин
Teatr söhbətləri

İstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.

2 мин

Стихи других поэтов