Elanımızı
Aman, ay Kirpi dayı, aç, oxu peymanımızı,Yaz, bütün hər yerə bildir bizim elanımızı.
Biz əza məclisini on gün əzəldən quranıq,Həmi dərviş, həmi molla, həmi də rövzəxanıq,Çox da keçmişdəki toy mütrübü, dünbək vuranıq,Əfv edər bizcə əza sahibi nöqsanımızı,Yaz, bütün hər yerə bildir bizim elanımızı.
Elə ki, gəldi məhərrəm ayı, saqqal qoyuruq,Xalqı min hiylə ilə ağladıb, aşkar soyuruq.Qaramal tək yeyib ehsan əti, sanma doyuruq,Dolduraq, məqsəd odur, gündə cibişdanımızı,Yaz, bütün hər yerə bildir bizim elanımızı.
Müftəxor molla bizim tək, demə ki, çox azdır,Hərə bir nəğmə oxur, kefləri bizdən sazdır,Köhnə quldur, qoçu, ev oğrusudur, quşbazdır.Saya salmır biri də molla Süleymanımızı,Yaz, bütün hər yerə bildir bizim elanımızı.
Bir nəfər yoxsul əgər, düşsə sağalmaz azara,Onu dəfn etməyə bir molla aparmaz məzara,Üç gecə, pullu öləndə gedirik pəsməzara,Satırıq biz pula məzhəbmizi, imanımızı,Yaz, bütün hər yerə bildir bizim elanımızı.
İncidiblər Xilədə molla Cəhalətqulunu,Oxudublar, keçən illərdə kəsiblər pulunu,O “yazıq” da bu “məhərrəmdə” düzəldər çulunu.Gör nə bihörmət ediblər bu müsəlmanımızı,Yaz, bütün hər yerə bildir bizim elanımızı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-elanimizi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Könüllər şad olan gündür – bu bayramda, bu bayramda,Vətən azad olan gündür – bu bayramda, bu bayramda.
Küsmüsən məndənEşitdim, sevgilim, küsmüsən məndən?Qaçırma bülbülü öz çəmənindən.
SevgilimSevgilim qaşların çatıb baş-başa,Hüsnünə etməyə hər gün tamaşa
GözlərinSevgilim, el bilir mən əhli-dərdəm,Səndən başqasını sevsəm namərdəm.
Стихи других поэтов · Сатира
Övradımız, əzkarımız əfsaneyi-zəndir,Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndir
Gözüm yolda qaldı könül intizarMirzə Fətəliyə*Gözüm yolda qaldı, könül intizar,
ArzuYa rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Olursa!Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*