Övradımız, əzkarımız əfsaneyi-zəndir,Əfsaneyi-zən nuri-dilü ruhi-bədəndirÇün hübbi-nisa lazimeyi-hübbi-vətəndirƏhli-vətəniz, hübbi-vətən yad eliriz biz,Dindarlarız, gündə bir arvad alırız biz.

Yox fərqi bizim hündür ilə alçağımızda,Daim görürüz iş bu qocalmış çağımızda,Cüt-cüt durur övrət solumuzda, sağımızdaŞəhvət quluyuz, nəfsdən imdad alırız biz,Dindarlarız, gündə bir arvad alırız biz.

Hər şam gərək üqdeyi-əfkar açılsın,Fəvvareyi-iqbaldan amal saçılsın.Hər sübh namaz etmədə həmmamə qaçılsın,Təthir edərək dillərə övrad alırız biz,Dindarlarız, gündə bir arvad alırız biz.

Bu məşğələlər şiveyi-əşyaxi zamandır,Ata-babamızdan bizə miras hamandır,Zən eyləmə süstüz, qanımız od kimi qandır,Bu yolda töküb qanımızı, ad alırız biz,Dindarlarız, gündə bir arvad alırız biz.

Sair miləl övrətlə ədalət edir etsin,Övrət ərə, ər övrətə rəfət edir etsin,Hər kim ki bir övrətlə qənaət edir etsin,Üç-dördün ötüb siğədə tedad alırız biz,Dindarlarız, gündə bir arvad alırız biz.

Tedadi-nisa bir hünəri-sariyəmizdir,Tez başlayırız çün bu libas ariyəmizdir ,Övrət nə demək? Xadiməmiz, cariyəmizdir,Hərçənd alan vəqtdə azad alırız biz,Dindarlarız gündə bir arvad alırız biz.

“Molla Nəsrəddin”, 5 aprel 1907, №18

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира