Kimdir şəkk eləyən Sabirabad möcüzünə?Gəlməyibdir belə bir möcüzə dünya üzünə!

Bunu inkar edənin zatı düz olmaz, bic olar,Əqli, idrakını Allah alar əldən, gic olar,Gözü görməz, qulağı kar, bədəni iflic olar,Nə qohum-qonşu, nə öz külfəti baxmaz üzünə,Gəlməyibdir belə bir möcüzə dünya üzünə!

Neçə ildir, yox idi möcüzənin bir əsəri,Kim gətirdi Bakıya böylə mübarək xəbəri?Cumdu tez bir neçə arvadla ora molla Pəri,O piri yaxşı ziyarət eləyib hər üzünə,Ağanın türbəti-pakin də çəkib üz-gözünə.

Toz basıbmış nə qədər pəncərələr var, şüşəsin.Beş nəfər molla gedib məscidi açsın, döşəsin,Şüşələr əks eləyiblər Ərəbistan meşəsin:Dəvələr, şirü-pərilər tökülüb yer üzünə,Salavat səsləri çatmışdır imamın özünə,Dırmanıb huri, mələklər məscidin gümbəzinə,Gəlməyibdir belə bir möcüzə dünya üzünə.

Molla Soydullaların bilməli “qiymətlərini”,Orda-burda edirik boş yerə qeybətlərini,Yazmalı səfheyi-tarixə bu xidmətlərini,Sən də çək, Kirpi dayı, jurnala surətlərini.Əyrilər əyrini görsün, düzü baxsın düzünə,Gəlməyibdir belə bir möcüzə dünya üzünə.Küfrdür şəkk eləmək Sabirabad möcüzünə!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира