Ey Bakı şəhrində hər tərif şayan avtobus!Sən ki, gəldin, çıxdı yaddan konka, dilcan, avtobus!

Biz dedik çıxmaz rayonlarda, balam, bir əngəlin,Yolda incitməz, gecikdirməz, bu xəlqi get-gəlin,Dübbədüzdür öz idarəndə qurulmuş cədvəlin,Görsənir yüzlərcə səndə eyb-nöqsan, avtobus!Ey Bakı şəhrində hər tərifəşayan avtobus!

Haqsızıq, bir də məzəmmət eyləsək nahaq səni,Nəqliyyat nazirliyi baxır, sanır qıvraq səni,Göndərir hər bir yana böylə sınıq-salxaq səni,Ey qalıb yolda saatlarla verən can, avtobus!Ey Bakı şəhrində hər tərifəşayan avtobus!

Çox maşın vardır, sənin tək az deyil qəm-qüssəsi,Bəs neçin parkın rəisi dinməyir, çıxmır səsi?Bunca fəryad eyləyir şəhrin naqorni hissəsi,Gözləmək.. hey bashabas... min ah-fəğan... avtobus!Ey Bakı şəhrində hər tərifəşayan avtobus!

Gec gəlir bəzən tramvay, afərin bu sürətə,Gözləmək indi bizimçin daxil olmuş adətə,Eylə ki, gəldi sürənlər, başlayırlar söhbətə,Gözlə ta qeybət bitincə, olma giryan, avtobus!Ey Bakı şəhrində hər tərifəşayan avtobus!

Taksidə şoferdir indi qonşumuz Əbdülqədir,Altı ay anbardar olmuş, yeddi ay da briqadir.Beş verəndə, əlli metrə sımsığı yerdən gedir,“Çox sağ ol” da söyləməz versən də milyon, avtobus!Ey Bakı şəhrində hər tərifəşayan avtobus!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира