Fırıldaqçı qalıbdır
Dərvişlərimiz keçmişə nisbət azalıbdır,Tən yarı gedib rəhmətə, yerdə nə qalıbdır?
Dərvişsiz olan məmləkətin şöhrəti olmaz,Dünyası cəhənnəmlik olar, cənnəti olmaz.Kövsər suyu üqbadə onun qisməti olmaz,Dərvişlər ilə qiyməti “Şərq”in ucalıbdır,Tən yarı gedib rəhmətə, yerdə nə qalıbdır?
Bir çarə deyirlər, buna Kirpi özü qılsın,İclas eləsin, qoy bu camaat da yığılsın.
Məktəblər açılsın, yeni kadro yaradılsın,Təcili gərək, dərviş Ələkbər qocalıbdır,Dərvişlərimiz keçmişə nisbət azalıbdır.
Dərvişlik edir bir neçə dünbəkvuran indi,Toyxanalara olsa kənardan baxan indi,Guya ki, gəlib məscidə bir rövzəxan indi,Bilmir neçə əşar oxuyubdur, nə çalıbdır,Dərvişlərimiz keçmişə nisbət azalıbdır.
Dərviş gərək əvvəlcə ilan oynadan olsun,Kəndi, obanı gipnoz edib aldadan olsun.Yüzlərcə yalan satsın, adam ağladan olsun,Bir bilməsin heç kəs nə satıbdır, nə alıbdır.Dərvişlərimiz keçmişə nisbət azalıbdır.
Keçmişdə Muğanlı var idi, Əlqulu vardı,Çiynində əba, əldə qızıl kəşkülü vardı.Qarnın otaran molla deyildi, pulu vardı,Dünyanın elə ləzzəti onlarla qurtardı,Onlar çürüyüb, yarpağı çoxdan saralıbdır,Mikrobları indi cücərib rişə salıbdır,Tən yarı gedib rəhmətə, yerdə nə qalıbdır?Dərvişlərimiz keçmişə nisbət azalıbdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-firildaqci-qalibdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dindir məni hərdən, gözəlim, fürsət olanda,Vəslin bizə bir an, nə olar, qismət olanda?
Şərab ola, mən olam, bir də nazlı dilbər olaŞərab ola, mən olam, bir də nazlı dilbər ola,Bir özgə aləmi vardır, əgər müyəssər ola.
İstərəm mən o gülü, öz güli-xəndanım olaİstərəm mən o gülü, öz güli-xəndanım ola,O da öz könlünü versin mənə, cananım ola.
Yüzlərcə xəlq içində əgər əhli-naz olaYüzlərcə xəlq içində əgər əhli-naz ola,Mümkün deyil ki, sən kimi bir sərvnaz ola.
Стихи других поэтов · Сатира
Nə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
Bizləri məfluk edən hər adəti-millətimiziBizləri məfluk edən hər adəti-millətimiziƏcnəbilər daima teyibü təiin eyləyir.
Teatr tənqidiYeni tamaşa gedir səhnəmizdə, çox gözəl,Məqaləsi yazılıb əsərdən xeyli əvvəl:
Dün bir eşşəkxisal insanəDün bir eşşəkxisal insanəGəlməmiş xoş təraneyi-zənbur;