«Kefsiz»ə nəzirə
Yarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.Heyvandan əzəl yağlıca buryanı yaratdın,Ondan sora da dadlı fisinçanı yaratdın,Aşı, cilovu, bozbaşı, dolmanı yaratdın,Bozqorma ilə küftəni, şorbanı yaratdın,Xər mə’müni, biəql müsəlmanı yaratdın,Bir hikməti var məscidi, ehsanı yaratdın,Ancaq nə səbəb oldu ki, mollanı yaratdın?
Varsa yer üzündə neçə məzhəb, neçə millət,Hər firqəyə təqsim elədin bir neçə ne’mət,Qoydun belə təqsimdə insanlara minnət,Heyfa ki, bütün müftəxor oldu bizə qismət,Mollalaramı ruzi yaranmışdı bu ümmət?Kəşf olmayacaq bizlərə bu qəmli həqiqət?Çox yaxşı, sözüm yox, var imiş bunda bir hikmət,Aya, niyə bəs bir bu qədər canı yaratdın?Ancaq nə səbəb oldu ki, mollanı yaratdın?
Təzvirə girən qırmızı saqqalları, rəbba!Mən anlamam insan yaradıbsanmı, həyula?Biməğzdür, aludeyi-bid’ətdi sərupa,İnsaf idi min rənc ilə kəsb eyləsin aya?Gün qarşısı, qar altı da olsa yata, amma,İnsanlığını qanmaya, maltək çəkə xorna,Düşdükcə qazandıqlarını əxz edə molla?Ağbaşlara eşşəkmi müsəlmanı yaratdın?Ancaq nə səbəb oldu ki, mollanı yaratdın?
Hər gün verilir yağə müsəlman pulu kuya,Kim etməli imiş yağımız nimçəni əsqa,Xan-bəy buyura, sail ola əhli-tamaşa,Bir yanda tənavvul eliyə həzrəti-molla,Dərviş-dilənçi, hamı biruh-müqəvva,Daş olsa ürək tab eləməz bu işə haşa,Ey mollanı ağbaş yaradan xaliqi-yekta,Cib kəsmək üçünmü bu qədər canı yaratdın?Bilməm nə səbəb oldu ki, mollanı yaratdın?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-kefsiz-e-nezire
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · Сатира
“Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı,Gizlin bəzənib çıxdı üzə, maskasın açdı;
Yaxşı əmniyyətdir İran, həq bəladən saxlasınYaxşı əmniyystdir tran, heq beladən saxlasın,Qurd qoyunla otlayır bir yerdə itmiaan ilə.
YatıramMən də, ay can, nə qədər yatsa müsəlman, yatıram,Məni dindirmə, qoy asudə, ay oğlan, yatıram.
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.