Ya rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!Məxluqini həp qabili-ürfan yaradıbsan,Heyfa ki, müsəlmanı yalandan yaradıbsan,Qırxıx başı xilqətdə pərişan yaradıbsan.

İnsan kimi hər millət edir kəsbi-məişət,Əğyarə tamaşaçı yaranmışla bu millət?Səhrayi-zəlalətdə çəkən bari-məlalət,Həqqa ki, bizi quli-biyaban yaradıbsan,Surətdə bəşər, mə’nidə heyvan yaradıbsan.

Xəlq eyləmisən əsrdə bir bunca ki, «dama»,Hər yana baxırsan doludur Varvara, Manya,Ninalara islam ola dildadeyi-sevda,Qəm çəkməyəmi Töhfə, Tükəzban yaradıbsan?Bostanamı Saranı nikəhban yaradıbsan?

Quçsun kişisi hər gecə bir sərvi-xuraman,Biçarə əyalı qala ac, xanədə giryan,Çılpaq gəzə, evsiz qala, risvay ola nisvan,Rəngi saralan surəti-bican yaradıbsan?Nisvana cahan mülkünü zindan yaradıbsan?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира