Gəlmişdi şəhərə kənddən bir nəfər,Dolaşıb hər yerə edirdi nəzər.Səhərdən dolaşıb axşama qədər,Gördü bir məsciddə molla və’z edər.Çıxarıb çarığın oturdu yerə,Qara gözlərini tikdi minbərə.Vaiz cəhənnəmdən söhbətlər edir,Əlin-qolun atıb başın tərpədir.Səsi kah alçalıb, kah yoğunlanır,Saqqalı tərpənir, döşü tullanır.Kəndli bu zamanda açdı başını,Ağladı, axıtdı gözdən yaşını.Vaiz bunu görcək düşdü heyrətə,Dedi: «Çox özünü salma zəhmətə.Mövizə vaxtında ağlamaq nədir?Mənim xəyalımca bu bir şübhədir.Görünür ki, məni salmısan ələ,Məscidə yalandan saldın vəlvələ».Kəndli söylədi ki, «Darılma mənə,Mən bunun səbəbin söyləyim sənə.Keçən ay başıma gəldi bir qəza,Ağlamaqdan başqa bilmədim dəva.Keçən ay eşşəyi ötürdüm çölə,Beş-on gün otlayıb bəlkə kökələ.Gecənin yarısı eşitdim bir səs,Səs gələn tərəfə qaçdım bir nəfəs,Gördüm bir-iki qurd eşşəyi sökür,Çəmdəyin dağıdıb, qarnını tökür.Heyvançığaz yatıb bulaşıb qana,Başını tullardı o yan, bu yana.

Gözümün önündə ölüb verdi can,Ömrün sizə verdi o yazıq heyvan.Gümanım gəlirdi bircə ulağa,Oduna gedirdim onunla dağa.Əlimdən ulağı alandan qurdlar,Güzəran kəsilib, qalmışam naçar.Səsini eşitcək dərdlərim çoşdu,Zavallı ulağım yadıma düşdü.Ağlamağım fəqət bundan ötrüdür,Əfv edərsən, axund, dərdlərim budur.»

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов