Böyük knyaz Kiril Vladimiriç Şuralar ittifaqını tanımaqdan qət’i surətdə imtina edib bir il sonra vətənə qayıtmağı ümid edir.

Böyük şahzadəyəm, namusum, arım, qeyrətim vardır
Peterburqda olandan hərzəlikdə şöhrətim vardır.

Məişətsizlik etmiş öylə bir idrakımı təz’iq
Köpəklərdən də alçaqlanmışam gər etsələr təhqiq
Fəqət bu baş, bu gözlə etmərəm Şuraları təsdiq
Ölən çardan sonra könlümdə çarlıq niyyətim vardır
Peterburqda olandan hərzəlikdə şöhrətim vardır.

Vətəndaşlar bütün bilmişdi bir kəlbi-üqurəm mən,
Həyasızlıqda, vəhşilikdə daim biqusurəm mən,
Tükün tökmüş köpəktək çilpağam, qürbətdə ürəm mən,
Cibişdanım boşalmış, açmışam, çox üsrətim vardır
Lüt oğraş, boş qumarbaztək qəribə halətim vardır.

Palan qoşqun dağılmış olsa da şahzadəyəm hala
Böyük şahzadəlik xülyasına dildadəyəm hala
Gedib Rusiyyədə çar olmağa amadəyəm hala
Əmoğlum korbakortək qəlbdə çox həsrətim vardır
Cibişdanım boşalmış, açmışam çox, üsrətim vardır.

Romana and ola gər qurmasam dünyada bir çarlıq
Gərək təşkil edəm mən aləmi rö’yadə bir çarlıq
Bu da olmazsa lazımdır quram xülyada bir çarlıq
Utanmazlıq kimi bitməz, tükənməz dövlətim vardır
Əmoğlumdan sora qəlbimdə «ali» niyyətim vardır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира