Eldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.Çox yerə baş vurmuşam cızmaqaramla, heyhat,Deyiblər ki, başından çıxar bu sevdanı at.Bir dədə axtarıram, məşhur bir yazan olsun,Ömürlük hər sahədə çətinim asan olsun.Bir dədə axtarıram, özü təpərli olsun,Sözü təpərli olsun.İttifaqa üzv olum əziyyətsiz, filansız,Əsərlərim yönəlsin mətbəəyə plansız.Bir dədə axtarıram, dədəlik etsin mənə,Şəhərin mərkəzində mənzil düzəltsin mənə.Tamam-kamal açmadım ürəyimin dərdini,Dədə tapandan sonra söylərəm mabədini.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира