Şeyxin bir mö’cizəsinə ithaf
Baxdıqca könül qan olur əhvalına şeyxin,Yandı ürəyim tərcümeyi-halına şeyxin.
Minbərdə dünən tapmış ikən halati təğyir,Qalmışdı boğazında söz, olmuşdu gəlugir,Etdi bu vəziyyət mənə də doğrusu tə’sir,Qonmuşdu ölüm torpağı saqqalına şeyxin,Heyfim də gəlir yalına-kuppalına şeyxin.
Söylərdi ki, peyğəmbər alar qırx nəfər övrət,Hər kəs bunu tənqid eləsə, zatına lə’nət,Hacı Qəni baqqal da gəlib cuşə həmiyyət,Etdi qəsəm əmmaməsinə, şalına şeyxin,Qoydu başını səcdədə dünbalına şeyxin.
Heç şübhəsi yox kafir olub aləmi-insan,Məscidlərə yarmarka deyir, minbərə — dükkan.Bə’sət də, imamət də, nübüvvət də çibişdan,Qur’an belə vabəstədir amalına şeyxin,Pul söhbətidir baxsan əyər halına şeyxin.
Gündüz-gecə tə’rifin edir mahi-siyamın,Təfsiri çibiştandan ibarət bu kəlamın,Salmış başına noxtanı beş-altı əvamın,Baqqal alır hər bir yükünü dalına, şeyxin.Gülmə hələ sən elmsiz hammalına şeyxin.
Bir gün gələcək, iyrənəcək öz əməlindən,Heyvan belə bizar olacaq şeyxin əlindən,Bu söylədiyim olsun əmanət sənə məndən,
Bir gün salaram atəşi mangalına şeyxin.Söz qandıraram bir kərə hammalına şeyxin.
Millət daha heç görməyəcək şeyxdən asar,Gəlməz daha insanlığa bu surəti-idbar,Məscid verilər məktəbə, qalmaz daha dərbar,Qoymaz düşə insan yeri işğalına şeyxin,Atəş vuraram bir kərə əmvalına şeyxin.
Hər nə deyəcək, dinmə, desin son nəfəsində,Töksün zibilin, qalmasın hədyan qəfəsində,Beş-altı ulaq var nə qədər pişü rəsində,Bir siğə düşər həftədə çankalına şeyxin,Olsun bərəkət bir topa saqqalına şeyxin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-seyxin-bir-mo-cizesine-ithaf
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Afağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.
GürcüstanMübarizə tarixində üstün bir ad daşıyan,Üsyan doğan bir məmləkət, inqilabçı Gürcüstan!
BorjomÖzümün əski xatıratımdan,Yeni bir şən səhifə açdım mən.
BaharGünəş sallanaraq qardan öpəndə,Bağlar gül açanda, bülbül güləndə,
Стихи других поэтов · Сатира
Əsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
Naxçıvan dumasına gər o kəsin düşdü işiNaxçıvan dumasma gər o kəsin düşdu işi,Çörəyi pİşdi, kefi kök, damağı təht oldu.
Xəsisin heyfi, varisin keyfiО деньги! Вы моя душа, так радо сердце вам!За вас отца и мать отдам и душу я отдам!