Günəş sallanaraq qardan öpəndə,Bağlar gül açanda, bülbül güləndə,Qızlar çölə çıxıb rəqs eliyəndə,Ey şair, o zaman gəl bizim kəndə!

Qönçələr atanda üzündən örpək,Dağlar al çiçəkdən geyəndə köynək,Təbiət dağlara verəndə zinət,Bülbüllər şe’r oxur bahar deyərək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qətibənin sürgün edilməsi

Qızıl Arslan ciddi işlərə başladığı zaman Qətibə birinci olaraq etiraza başladı, Toğrul isə heç bir söz danışmırdı, çünki başında olanların hamısı saraydan və Həmədandan uzaqlaşdırılmışdı.Qızıl Arslanın verdiyi əmr üzərində Fəxrəddin paytaxtın müdafiə qoşununa rəis təyin olundu. Qətibə bununla Fəxrəddinin Həmədanda həmişəlik oturacağını görürkən acıqlandı və Qızıl Arslana belə bir məktub göndərdi:

5 мин
Hüsaməddinin həbsxanadan qaçması

– Bu işlər dəyişəcəkdir. Sən bilirsən ki, bu dövran daima bir nəfərin arzusu ilə dolanmayacaqdır. Bayram edilən evlərin bir gün yasa batması da təbiidir.Sən bilirsən ki, bu dünya bir topdur, o hər gün bir hökmdarın çövkanının başında oynayır. Fələyin çərxi hərlənir, ondan asılı olan insanların bir gün qalxıb, bir gün də düşməsi bəllidir. Bu gördüyün dünya bir güzgüdür. Burada hər kəs növbətlə öz çöhrəsini görməyə məcburdur.

17 мин
İslahat və nəticələr

Qızıl Arslan islahatı birinci növbədə paytaxdan başladı. O, hökumət qanunlarını nəzərdən keçirməyə başladı. Çünki bütün kəsirlərin üsul-idarədən doğduğunu bilirdi. O, bacardıqca hökumət qanunlarının icraiyyə işlərini qəzavətxanalardan alıb hökumət idarəsinə tapşırmağa çalışırdı. Hökumət məhkəmələri təşkilinə başladığı zaman ruhanilər arasında böyük dedi-qodu başlandı.Qızıl Arslan torpaq vergisi işlərini tamamilə dəyişdirmək üçün geniş bir komisyon təşkil etdi. Çünki vergi qanunları olduqca ibtidai idi. Bu qanunlar, ərəblərin vaxtında qoyulmuş qanunlar idi ki, bunun vasitəsilə də kəndlilər təpəsindən dırnağına qədər soyulurdu. Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı<sup>1</sup>.

26 мин
Mədain xərabələrində

Böyük şairləri istiqbal etmək üçün Qızıl Arslan xüsusi əmr vermişdi. Fəxrəddin bu əmri alar-almaz yüz nəfər Azərbaycan atlısı götürüb Sər-sər mənzilinə qədər getdi. Şairləri böyük bir təntənə ilə Bağdada daxil edib Qızıl Arslanın yaşadığı Əmir qəsrində düşürdülər. Sarayda şairlərin şərəfinə böyük bir ziyafət təşkil edildi. Ziyafətdə Qızıl Arslanın vəzirləri, qoşun sərkərdələri və Bağdadda olan azərbaycanlılar iştirak etdilər.Qızıl Arslan şairlərlə bərabər köhnə asarları, kitabxanaları, xəlifələrin qəsrlərini ziyarət etdi.

9 мин

Стихи других поэтов · О природе