Aldanmış əməllər kimi sən, ey sarı məş’əl!Mümkünsə çəkil get, günəşin fövqinə yüksəl!Xülya kimi yüksəl, nə qədər yüksələcəksən,Sönmüşsən, o sönməkləmi qalib gələcəksən?Hər kəs uçalıqdan yeni bir zövq alır əlbət,Təhsilinə can qoysa da, sərf etsə də himmət.Lakin tutamaz kimsə o yüksəkliyi möhkəm,Qalxsan da, uçalsan da düşərsən yerə sən həm.Cəmiyyətə bir iz burax öz yüksəlişindənİz yoxsa əmin olma həyatın gedişindən.Səndən gecələr nur alaraq parlayır afaq,Ay, sən ləkə altında durursan özün ancaq!

Daim üzündə var qara bir ləkəHər ufaq bir duman sənə təhlükə.Xalqdan daima yüksək durmağa,Mühitdə yeni bir həyat qurmağa,Ləkədən təmizlən hər işdən qabaq,Bunsuz mümkün deyil qalxmaq, parlamaq.Özkənin işığın üzərindən at,Özündə sönməyən bir işıq yarat!İşıq sal qaranlıq məmləkətlərə,Üfüqlər dağıdıb parla bir kərə!Mühitin bənzəsin günəş yurduna,Qaranlıq dumanlar çəkməsin ona.

Sə’yinlə günəşdən yeni bir nur alaraq çıx,Qabil olamazsan buna, çıx səhnədən artıq!Doğdun, gecə-gündüz, yenilik doğmadın amma,

Aləm yeni, lakin yenilik səncə müəmma.Bərraqsan, ancaq olamazsan günə hakim,Sevməzsən işıq, zatına mütləq gecə lazım!

Sonsuz dənizlərin köksün yırtaraqDalğalar üstündə düzmüşük «mayak»Qaranlıq dünyanı işıqlandıran,Atəş işlətmədən fənər yandıran,Dahilər yaradan, dünyalar tapan,Zəhmətdən sarsılmaz qalalar yapan,Əski dünyaları kökündən yıxan,Qartaltək fırlanıb göylərə çıxan,Bizik, biz sönməyən bir günəşdəniz,Sənətdən buraxan silinməz bir iz.

Biz bir günəşik, ay deyil artıq bizə mənzur,Zülmətli, qaranlıq gecələr bizdən alır nur.Təslim alarıq selləri, tufanları bizlər,İnlər ayaq altında məhəbbətli dənizlər.Biz sönməmişik, parlaq hünər ölkəsiyik biz,Məğrur təbiət yıxa bilməz bizi hərgiz.Şimşək saça dəhşət bu yerin bir ufuğundə,Məhv eyləyərik göyləri atəşlər içində.Biz ay deyilik, bilmərik inçəlmək, əzilmək,Dəhşətli deyil iş görüb insan kimi ölmək.Ey sönmüş əməl, gəl işıq al, sən’ətimizdən!Yüksəlmək üçün feyz ara cəmiyyətimizdən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü pərdə

Səhnə mühəndislərin ümumi iş salonudur. Divarlarda xəritələr və planlar vurulmuşdur. Kürsülər və stollar qoyulmuşdur.*Mirzə Teymur** — *(Mirzə Əhməd ilə bərabər gəlir)* Dünyanı yığıb töküblər bura, elə bilirlər ki, işi görən adamın çoxluğudur. Bilmirəm kimə arxalanıb işə başlamaq istəyirlər? Belə bir zavodu tikmək üçün yüzlərcə başını işdə ağartmış mütəxəssislər lazımdır.

10 мин
Dördüncü pərdə

Konturun qarşısında bir meydançadır. Mühəndislər, yer ölçənlər, işçi və fəhlələr sür’ətlə o tərəf-bu tərəfə gedirlər.*Mirzə Teymur və Mirzə Əhməd bu hərəkətə tamaşa edirlər.*

14 мин
Beşinci pərdə

Mühəndis Durnanın iş otağıdır. Durna əlində portfel daxil olur. Yazı stolunun dalında oturub məşğul olur.*Durna** — *(bir kağız götürüb baxır)* Bütün fikirləri bizi aldadıb uyğunsuz vəziyyətə salmaqdan ibarətdir. Bu cür adamların sevgisi də, məhəbbəti də rəngdir, aldadıcılıqdır. *(Kağızı stolun üstünə qoyub məşğul olur).*

13 мин
Altıncı pərdə

Teatrın foyesidir, foye lazımı qədər işıqlanmamışdır.*Durna** — *(Dilbər ilə bərabər zaldan çıxırlar)* Afərin Qəhrəmana! Gözəl danışdı. Bu mə’ruzə iclasda olanların hamısını hazırkı qələbəmizə inandırdı. Həm də bir tərəfli tənqidçiləri lazımınca ifşa etdi. Sən əbəs yerə onunla bir yabançı kimi rəftar edirsən.

8 мин

Стихи других поэтов