Sənin istəyin
(«Naməlum qadına məktublar»dan)
Sənin bu halına acığım gəlir,Sənin bu qəlbinə yazığım gəlir.Desəm ki, bir an da dərməyib nəfəsOd üstə, buz üstə ayaqyalın gəz.Bilirəm, elərsən,Bilirəm, desəmQəlbinin pərdəsi gərək tarıma,Gözünü ver salım cib fanarıma.Bilirəm, elərsən,Bilirəm, desəmQapıma bir quru ağac gəzirəm,Gəlib quruyarsan qapımda o dəm.Hazırsan önümdə alçalmağa da,Bunu zəfər bilib, əl çalmağa da.İstəsəm, önümdə varaq olarsan,İstəsəm, telimdə daraq olarsan.Fəqət istəmirəm, daş ürəyim var,Var istəyin qədər yox istəyim var.Demə ki, dünyada yox ürəyəm mən,Qəlbimin insafı, rəhmi yanıbdır.Bu sərt həqiqəti gərək biləsən;Tabelər həmişə tapdalanıbdır!..Müti məhəbbətlər oyuncaq olub,Həlim təbiətlər oyuncaq olub.Yox, eşqi dilənmə, ürəyini yar:Bir azca məğrurluq, bir azca vüqar,Bir azca soyuqluq, bir azca təmkin,Dönüklər üçün də bir azacıq kin,Sevgi tellərinə düz cərgə-cərgə...Bunlar məhəbbətin duzudu bəlkə?!Bunu da elərsən, bilirəm, desəm;Mən necə istəsəm, necə istəsəm,O dona girərsən bir an içində.Bəlkə bunun üçün, bunun üçün də,Sənin bu halına acığım gəlir,Sənin bu qəlbinə yazığım gəlir...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-senin-isteyin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əgər ad sırası gəzsək həyatda,Əgər yer davası düşsə şerdə,
Payız nidasıSənə də qar yağdı, güvəndiyim dağ!Sən də örənidin, a yaşıl yamac!
Səbrimdən inadıma məktubHər «səfər» qabağı mənimlə danış,Məni məşvərətçi baba bil hərdən.
Gözləri yol çəkən ana mahnısı(nəğmə)*Bir ana, boynunu burmaqdan yorulmaz.
Стихи других поэтов
Bu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
Zaman ol zaman idiXoş ol zaman ki, rus mənə həmzəban idi,İngilis elçisi ilə, Mirzə xan ilə
İki lövhəYolun alt tərəfi pambıq tarlası,Yolun üst tərəfi gömgöy zəmidir.
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,