Qızlar
Eşqiniz olmasın çürük sap kimi,Əllərdə gəzməyin bir kitab kimi.Kimisə məst edən al şərab kimiAxıb hər badəyə dolmayın, qızlar!
Oynar qəhqəhəniz şimşəklər kimi,Ünvansız olmayın küləklər kimi.Qar altından çıxan çiçəklər kimiVədəsiz göyərib solmayın, qızlar!
Siz bir qayıqsınız, tale dənizdir:O bəzən bulanıq, bəzən təmizdir.Tale ağlınızdır, düşüncənizdir,Taleyin qayığı olmayın, qızlar!
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-qizlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О вине
Mərd igidlər nə nişanda bəllidi,Arifsənsə, gərək doğru sayasan.
Təxəttüri-maziBir zaman, ah ki, bir tair idim azadə,Əcəba, kim məni saldı bu xərababadə?
Məsciddən kilsəyə gedirBir qız bir ingilis tapıb,bu xanım o bəyə gedir.
QaçqınÖrtünmə, dur! Kimsən, nerəlisən sən,Gözəl qaçqın, başı bəlalı qaçqın!