Oxudum, professor,Oxudum məqaləni,Seyr etdim XəzərdəkiVəsfə sığmaz aləmi.Xəzər bir xəzinədar,Xəzər bir xəzinədir.Qoynu-qoltuğu doluBir nənədir:Yedirdir – süfrə salır,Yatırdır – layla çalır.Xəzər xəzərilərinGözəllik adını saxlayır.Dalğalar arxivindəBabaların nərəsini,Nənələrin fəryadını saxlayır,Xəzər Xəzər olandanSağılır qızıl inək kimi.Sağıb, sorub,Sonra yorubqısır inək kimiBiz onu satmaq istəyirik.Ölü dənizlər muzeyinəAtmaq istəyirik.Xəzərdən ağ balıq,

Şahmayı, uzunburun,Siyənək qurtarır.Qızıl balıq adlıÇiyələk qurtarır.Xəzərin taleyiBiganəliyə yem olur.Xəzərin taleyiKağızlar üstündəProblem olur.Xəzərdən sahiləQızıl dartırıq,Gülab tökürük.Sahildən XəzərəZəhər axıdır,Çirkab tökürük.Xəzərin bu dərdiBir nərilti kimiQulaqlara girmir,Bizimlə mətbəxlərə,Otaqlara girmir,Daş yastıq, tikan döşək,Buz yorğan olmur.Ali məclislər süfrəsinəXəzərin dərdinidoğrayan olmur!Adamlar var ki, XəzərSəhər də, axşam da,Süfrəsini bəzər.Beləsinə desənDardadır Xəzər,Bir ucalt səsini!Deyər:hardadır Xəzər?!Xəritədə gəzərAfrika qitəsini...Birdən deyərlər:Dayan bircə!Siz özünüz necə,professor,Bir afərin medalıalmaq üçün,Rəislik talvarınaucalmaq üçünGündə bir tədqiqat

Ağacı bitirənlərin,Bir partlayışdaYüz buruq dəyəriitirənlərinQolundan yapışıb vüqarlaFikrinizi beyninəVurmusunuzmuelmi mismarla?Yox, professor, yox!Giley qəhrəmanımız çox,Dil pəhləvanımız çox!Bəlkə də bir qədərTünd oldu yazım,Mübaliğə rənginiÇox etdi şair ehtirasım.Axı daş beyinləri sənGərək vaxtında deşəsən!Bir də ki,Adi dərdinə dəHeç dözüm yoxdu məndə –Axı anamdır Xəzər!Bəlkə Ölü dənizi dəBir vaxt belə öldürüblər,Ona da çirkablarGəmilərdən deyil,Şüursuz beyinlərdən axıb,Hələ də açılmamışSirli düyünlərdən axıb.Bir gözəlin saçını kəsiblər,Qolunu-qıçını kəsiblər,Qulağından mirvarini açıblar,Sonra bir düzün ortasındaLüt-üryan qoyub qaçıblar.Soyuq qurudub buz eləyib,Günəş əridib duz eləyib...Bu gün mənBu fikirlər içində gəzirkənSandım ki, bir əfsanəvi quşam,Gələn əsrlərinHansı budağınasa qonmuşam:Görürəm əlində tor –İki professorLəpələri o üzə,Bu üzə çevirir.

Bərk mübahisə gedir:Biri deyir, bir zamanXəzərdə canlı varmış,Onu ikiayaqlı canlılarQırıb qurtarmış.Biri deyir:Yox, elə bu dəniz ölüdür,Əzəldən şüşə gözdür...Əsəbim burda dözmür,Daha dözmür, uçuramƏsrimin indisinə.Xəzər kimi hayqırırindi sinəm;Xəzəri qorumağaSilah istəyir,Yunan əsatirindənAllah istəyir,Dənizlər Allahı!Yox, professor, sabahı,Sabah, bu gün qorumalıyıq!Sabahın bugünkü kifindənqorunmalıyıq!Bu gün çürüyən toxumSabah bərəkət olmur!Qənaət olmayanda,Bərəkət sərvət olmur...Biz bağların barınıÖmürlük dərsək,Gələcək nəsiləQuru ağac versək,Adımızı, ruhumuzuÇəkərlər dara.Sümüyümüzü yığıbQoyarlar toplara...Şerim sərbəstdir bir qədərBirdən ahəngdarlıqsevən XəzərMəndən küsər.Mən qəsdən belə yazdım,professor,Mən şeri qırmazdım,professor,Qırılan sətirləriQırılan balıqlarınsürüsünə bənzədirəm.Seyrələn nöqtələriXəzərin seyrələnKürüsünə bənzədirəm.Xəzərin taleyinə baxımdaBax, belə sərbəstlik var,professor!Sərbəstlikdən betərSərməstlik var, professor!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов