Bu payız qarı
Tez yağdı, tez yağdı bu payız qarı,Söndü çox əllərin odu barında.Nə qəfil seyrəldi dost sıraları,Nə dolu şax sındı dostlar bağında!
Təzəcə bölmüşdüm qardaş qəmini,Göz yaşım göz yaşı üstəydi hələ.Firidunun qəbri göyərməmişdi,Elçinin başdaşı istiydi hələ.
Dərd asan əkilir, çətin biçilir,Namərd əlləridir çox dərdə dibçək.Əyilib bir qolu məzardan keçir,Sən çox da düz yolda düz xətti düz çək.
Fələyin qılıncı daş parçalayan,Taleyin qalxanı yarpaq gücündə.Dost qəlbi dayandı, ürəyim, dayan!Dost səsi qeyb oldu səslər içində!
Qəşəm – o dağ çayı, o dağ qartalı,Varağı torpaqdı, yarağı torpaq!Yadımda bir zərif misrası qalıb,«Sahibsiz torpaqdı, yaralı torpaq!»
Möcüzə inanmaz möcüzəydi bu,Son görüş nidamız bu nida, qardaş!Səhəri sən mənə təbrik məktubu,Axşamı mən sənə: əlvida, qardaş!..
Faiq – dost bağında var əlli bağban,Gözündən daşardı qəlbinin nuru,Nəydi borc aldığı ata-babadan? –İnsan sədaqəti, insan qüruru.
Nə qara qar oldu bu payız qarı,Kimi qaralayır bu yazı indi?İlahi, seyrəldi dost sıraları!Mənə yönəlibdi sel ağzı indi...
Noyabr, 1984Noyabr, 1986
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-bu-payiz-qari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Boz qayalar çapıqlandı, qaraldı,Durnaları dönməz oldu dağların.
Dünya böyük, ömür yolu bir addımDünya böyük, ömür yolu bir addım,Bir balaca eşq adası yaratdım.
Ölüm qorxur qələmdənQələm mənim yol yoldaşım,Qələm mənim oxum, nizəm.
Unut məniDilim dinməz, kirpiklərim səs elər,Necə xoşdu – ürəyimi kəs elə...