Saç ağartdım
Saç ağartdım: söz yolunda,Sevda yolunda.Təsbeh kimi dənələndim qovğa yolunda,Yolağasız yolçu gördüm dünya yolunda,Saç ağartdım,Saç ağartdım.
Bir ağ üzə üz söykədim, qubarım itdi,Hansı qəlbə qıfıl asdım – açarım itdi.Boz dumanla həmdil oldum, qatarım itdi.Saç ağartdım,Saç ağartdım.
Qara kölgəm güzgü bilib divara sindi,Buz sinəmi elə sıxdım, divar isindi.İsmi Dönük, divar dedim, divar «isim»di...Saç ağartdım,Saç ağartdım.
O ürəkmi? Çaylağı boş, dəhnəsi boşdu?Duz-çörəyi tapdayanın təhnəsi boşdu,Söz anlamaz boyadımış bayatı qoşdu,Saç ağartdım,Saç ağartdım.
Dil yalandan damla içsə – düzü ağarmaz,Göz gülürsə, göz yaşının duzu ağarmaz,Araz boyu ha daş çapdım – izim ağarmaz...Saç ağartdım,Saç ağartdım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-sac-agartdim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uzaqdan-uzağa xoşuna gəlsəm,Məni dindirməyə tələsmə hələ.
Nobel mükafatıNobel mükafatı.... Yazdı qəzetlər,Ucaldı bu adla kiminsə adı.
Şair ömrüFikirli oluram, tutqun oluram,Qanı soyuq bilir dost-tanış məni.
Əlvida, dağlar!Bəlkə bu yerlərə bir də gəlmədim,Duman, salamat qal, dağ, salamat qal.
Стихи других поэтов
Didəbanam rəhguzari-şahı gozlər gozlərim,Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim.
Qara pulHəllal-i müşkilat-i cahan oldu qara pul,Edər iki dəqiqədə min dərdə çarə pul.
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
DağlarSiz ki bir-birinizdən ayrılmayan əşdiniz,Sinənizə ayrılıq dağı çəkildi, dağlar!