Dünya böyük, ömür yolu bir addım
Dünya böyük, ömür yolu bir addım,Bir balaca eşq adası yaratdım.Bir uçrumdan fırtınaya tor atdım,Bu cürəti görən, duyan olmadı,Səndən mənə gün ağlayan olmadı.
Sığalını görsə idi kəhərimYarı yolda büdrərdimi hünərim?Göz yaşından nə barlanım, nə dərim...Günün mənə gün bağlayan olmadı,Səndən mənə gün ağlayan olmadı.
Taleyinin hökmü oldu, nə deyim,Tez doğuldum, gec doğuldun, nə deyim...Zaman keçdi, yaşa doldum, nə deyim...Cavanlıqdan od saxlayan olmadım,Səndən mənə gün ağlayan olmadı.
İki çırpı bir ocaqda gün ağlar,Od səngiyər, köz sızıldar, kül ağlar.Yaş ötəndə yada düşər günahlar:Kim yıxıldı, kim haqlayan olmadı,Kimdən kimə gün ağlayan olmadı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-dunya-boyuk-omur-yolu-bir-addim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum Cəfərə*Sərhəd çəpərləri sökülür, Allah!
Əsrin yalanları, əsrin vədləriBu əsrin yalanı tükənmir, artır,Bu əsrin vədləri ilğımdı deyən,
Qoş məni dağ küləyinəTanrım, məni məndən qopar,Qoş məni dağ küləyinə.
Dilənçi qaçqınİlahi, varımdan yox oldum bu gün,Mən öz yumruğumdan yıxıldım bu gün.