Qoş məni dağ küləyinə
Tanrım, məni məndən qopar,Qoş məni dağ küləyinə.Dağların bəyaz qarındanRəng alan ağ küləyinə.
Öz nəğməsi daşın, qumun...Nəyim qalır, nə də umum...Söykənim doğma yurdumunXəfif, yumşaq küləyinə.
Nə vaxt qəmim dəm olacaq,Onda qəmim kəm olacaq.Heyif ömrüm yem olacaqƏsrin sarsaq küləyinə.
Tanrım, məni məndən qopar,Qoş məni dağ küləyinə...
15 noyabr 1992
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-qos-meni-dag-kuleyine
Клавиши ← → для перехода, R — случайное стихотворение