Qalır hələ
Ustad Şəhriyara
Dönən döndü, yenən yendi dönməzliyə,Doğru yolun nərdivanı qalır hələ.Bəy deyiləm, söz hökmündə, Atabəyəm,Ər olmaza ər divanım qalır hələ.
Dərdlə yarış meydanı da əlimdədir,Dərdlə güləş meydanı da əlimdədir.Dərdə atəş meydanı da əlimdədir,Ehtiyatda söz meydanım qalır hələ.
Bir ölkə var – özü boyda bir körükdür,Həqiqəti dil ucuna hörüklüdür.Çoxu zülmət suvağını söküb, gülür,Heydər babam, Savalanım qalır hələ.
Mən bir elin, bir vicdanın köləsiyəm,Göy uçulsa, torpaq ölsə, öləsiyəm.Nə zamansa Nəsimini görəsiyəm,Bu inamım, bu gümanım qalır hələ.
Öz əlinlə qala qursan öz adınaƏcəl səni qoya bilməz sapandına.Qəfil düşsəm bir sevdanın kəməndinə...Qaynar təbim, qaynar qanım qalır hələ.
Yüyənsizdi çoxumuzun mənəmliyi,Adilikdə dahiliyə dönəmliyi.Başımızda bu məstliyin, bu dəmliyinBoz dumanı, toz-dumanı qalır hələ.
Məmməd Araz, əzilsən də əzim-əzimAraz boyu meh olmazsan bircə əsim.Ürəyindən ürəklərə köçüləsiNur daşqını, Nuh tufanı qalır hələ.
Oktyabr, 1987
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-qalir-hele
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Həyat bir dövrandı, iki üzlüdü,Qarası görünür, ağı görünür.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
Küçə uşağıGörsəm çamırlı bir küçədə oynayır haçaq,Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq,