Bir az gecikənlə bir az tələsən...
Sənin taleyinçün çox qorxuram mən.R. Həmzətov
Hər şeyi demək də,danmaq da çətin...Arabir bu gizli dərd udur məni.Bu şıltaq, ərköyün bir məhəbbətinVaxtsız yetimliyi qorxudur məni.
Kim bir də bu eşqə sonbeşik deyə...İçə o gözlərin odunu bir də.
Dünya dediyimiz bu gözəlliyəQibləgah eləyə adını bir də.
Dilli də, dilsiz də elə mən idimQəlbinin səsini qəlbimə yazan.Qorxuram, sən mənsiz ürəyini dəDuyub, oxumağı bacarmayasan.
Qorxuram, çox şeyin rəngi də dönə,Dağ – adi daş ola.Bulaq – adi su.Bir yeni dərd ola: qəlbindən məniAtmamaq qorxusu,Atmaq qorxusu.
Qorxuram, tənhalıq bezdirər səni,Qəfil bir qaraltı durar yolunda.Yalanı, şirindil bir əyləncəniQorxuram, məhəbbət biləsən onda.
Alovu göz yuman, külü qışqıranOcağın, o çağın qorxudur məni.Hardasa qab yuyan, ev yığışdıranYetim qocalığın qorxudur məni...
At o mənsizliyi yuxularından,Yaşa nə adımla, nə şöhrətimlə.Ayrıl bu mənsizlik qorxularındanBu dördcə misralıq nəsihətimlə:
Bir az gecikənlə bir az tələsənÜz-üzə gəlibsə – nə küs, nə ağla.Bir eşqin gələcək həsrətini sənİndidən, indidən ovxarlı saxla...
Yanvar, 1974
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-bir-az-gecikenle-bir-az-telesen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Ey əzəldən eşqün ilən əhdü peymanım mənimEy əzəldən eşqün ilən əhdü peymanım mənim,Ta əbəd sevdayi-zülfin munisi-canım mənim.
ÖpəydimƏldə ayna, gözə sürmə çəkəndəAla gözün bulağından öpəydim