Ey əzəldən eşqün ilən əhdü peymanım mənim,Ta əbəd sevdayi-zülfin munisi-canım mənim.

Şərhi-halimi bilür hər kim görür səndən irağ,Ruyi-gərdalud ilən çaki-giribanım mənim.

Dustilər qan ağlağay mən piri-hicrin halına,Lalə tək gər zahir olsa daği-pünhanım mənim.

Qılmaya badi-səba zülfin pərişan hər səhər,Şami-hicran gər görə hali-pərişanım mənim.

Ağzıma süd əmzirən göz mərdümidür dəmbədəm,Şərmisar etdi məni bu çeşmi-giryanım mənim.

Макта — последний бейт с тахаллусом поэта. Nola gər qul Kişvərinin halına qılsan nəzər,Çünki səndən özgə yox heç kimsə sultanım mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви