Vəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenə,Bidilü bidilbərü bixanüman boldum yenə.

Pərdeyi-zöhdü səlahə girmiş ikən, vay kim,Bixəbər nagah rüsvayi-cahan boldum yenə.

Ey əcəl, məhrum qoyma yar kuyindən məni,Çün sana mən xaki-ruzi mihman boldum yenə.

Lə’li-canbəxşin kimi tabü təvanım var idi,Çeşmi-bimarını görgəc natəvan boldum yenə.

Daneyi-xalın içün, ey məlamət xirməni,Ruhi-qüds irdim əsiri-xakidan boldum yenə.

Tapmadı çün mülki-həsti içrə ağzından nişan,Kami-dil guya ədəm sarı rəvan boldum yenə.

Макта — последний бейт с тахаллусом поэта. Xətti-səbzin vəsfinə sən Kişvərini hər zaman,Ləblərin tək tutiyi-şirinzəban boldum yenə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов