Ey qəbayi-səbz ilən sərvi-sərəfrazım mənüm,Qarçığay saçlu, laçın gözlü şəhbazım mənüm.

Gülşəni-firdosü şaxi-tubavü baği-behişt,Tutiyi-şirinsəxən, tavusi-tənnazım mənüm.

Gəh savıx ah eylərəm, gəh atəşin əfqan bilə,Sənsizin, ey gül keçər mundaq qışü yazım mənüm.

Səbrü aramü xirəd hicründə qoydular məni,Nalənin miskiniyəm kim, boldu dəmsazım mənüm.

Toprağından Tanrı gər bir quş yaratsaydı yenə,Coz-səri-kuyin sarı bolmazdı pərvazım mənüm.

Xaneyi-çeşmümni kim, pərdaxtə qıldı sipəhr,Aqibət düşdi gözümdən xanəpərdazım mənüm.

Макта — последний бейт с тахаллусом поэта. Kişvərinin saru yüzinə nola bassan qədəm,Ey qəbayi-səbz ilən sərvi-sərəfrazım mənüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе