Öldürmə cövr ilən məni kim, yarunam sənün,Qıl bir nəzər ki, yari-vəfadarunam sənün.

Canü cahanü dinü dilü səbrü huş ilə,Ey gövhəri-yeganə, xəzinədarunam sənün.

Can ver iki ləbindən, əgər yarisən mana,Ey çeşmeyi-həyat ki, bimarunam sənün.

Özgə həvavü özgə həvəs məndə qalmadı,Ey sərvinaz, ta ki, həvadarunam sənün.

Макта — последний бейт с тахаллусом поэта. Gülzari-hüsndür yüzün vü bəndə Kişvəri,Şirin kəlam bülbüli-gülzarunam sənün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви