Baxışında var nəzər ol nərgisi-pürxabnin
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Baxışında var nəzər ol nərgisi-pürxabnin,Xeyrli baxış dəgül qoyun saru qəssabnin.
Doldu bağrım qanıdan könlüm könüldən, gözlərüm,Necə kim, biri tökər, biri dolar dolabnin.
Sirri-hüsnün dedi gülşəndə səba andin dürürKim, qızarıb infiali var güli-sirabnin.
Nazpərvər bolma kim, qədri həqiqət kuyidəƏtləsi-şahidən artuxdur biri maşabnin.
Xətti-səbzindən nola örtülsə yüzün səfhəsi;Gizlü qalmaz nuri çün xurşidi-aləmtabnin.
Qıldı hüsnün pərtövi xaki tənimni çak-çak,Xasiyyət budur kətanə pərtövi mətabnin.
Макта — последний бейт с тахаллусом поэта. Yari bildi Kişvərilən müddəinin sidqini,Zahir oldu sirri çün yüzi qara qüllabnin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-baxisinda-var-nezer-ol-nergisi-purxabnin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəl axı, ey mənim cismi-zəifim içrə sən canım,Vücudum zərreyi-sərgəştə sən xurşidi-tabanım.
Dutaşdı könlümə hicr odu hər yanDutaşdı könlümə hicr odu hər yan,Səni göydürməsün, ey həmnişin, yan.
Məni ta ruzigari-səngidil ayırdı yarimdənMəni ta ruzigari-səngidil ayırdı yarimdən,Nə gördüm ruzi-xoş hərgiz, nə xoşluq ruzigarimdən.
Əgər məni-bikəs ilə yar olasanƏgər məni-bikəs ilə yar olasan,Ümidim var ki, bərxurdar olasan.
Стихи других поэтов · О природе
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
Gəldi-getdiEy kamalı kamil olan ariflər,Dünyaya nə qədər var gəldi-getdi,
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Sevdiyim, ləblərin yaquta bənzərSevdiyim, ləblərin yaquta bənzər,Sərasər dişlərin dürdanədəndir.