Məni ta ruzigari-səngidil ayırdı yarimdən,Nə gördüm ruzi-xoş hərgiz, nə xoşluq ruzigarimdən.

Məzarim üstinə hər dəm nədən ağlar bəhar ayrı,Məgər kim, oxudu dərdi-dilim lövhi-məzarimdən.

Açılmaz qönçə tək könlüm, bəharü bağdən bir dəmKi, məhruməm məni-xunincigər bağü bəharimdən.

Bitər nəxli-bəlavü yaprağudur daği-növmidi,Nə yerdə kim, düşər bir danə çeşmi-əşkibarimdən.

Məni göydürdün, əmma, var könlüm içrə atəşlər,Sənin sari əgər qonsa həzər qılgil ğübarimdən.

Макта — последний бейт с тахаллусом поэта. Saraldı hicrdən yüzüm, kəsilməz gözlərim yaşı,Diriğa, zə’fəran bitti suvarur laləzarimdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке