Fələyin əlindən qılan ahu zar,Biri mənəm, biri, yarəb, kim ola?Güli-ruxsarına cəkən intizar,Biri mənəm, biri, yarəb, kim ola?

Ey gözləri cəllad, qaməti mövzun,Bu qədər bəndəni eyləmə dilxun,Sərgəşteyi-aləm, halı digərgun,Biri mənəm, biri, yarəb, kim ola?

Kərimin konlunu eyləmə viran,Zülümdən usanıb, halına bir yan,Hicran ələmindən didəsi giryan.Biri mənəm, biri, yarəb, kim ola?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке