Mən onu bir könüldən, min könülə sevmişəm.Bu saf məhəbbətimdən görən xəbəri varmı?Onun xəyallarıyla keçir gecəm, gündüzüm,Onun da sevda dolu keçən günləri varmı?Gecələr ulduz kimi yananda ağ işıqlar,Ağac kölgəliyində cəm olanda aşıqlar,Xəzərin sahilində ləpələr öpüşəndə,Qarşımdan mahnılarla cavanlar ötüşəndə,Mən eşqimin gözüylə uzaqlara baxmışam,Su üzündə sayrışan çıraqlara baxmışam.Onun eşqi, həsrəti xəyalımda gəzəndə,Bu vurulmuş könlümü intizarı üzəndə,O qız, dəzgah önündə bəlkə açmış səhəriHəsrətlə seyr eləmiş o da əziz şəhəri...Nə olaydı çataydı ona bu xoş niyyətim,Ürəkdə qalmayaydı bu eşqim, məhəbbətim.Axşam üstü Bakıya xoş qaranlıq enəndəBiləydi duran mənəm bu şən ləpədöyəndə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви