Gəncliyim
Gəncliyimiz allı-güllü bahardır,Heç solmayan gül-çiçəyi var onun.Öz əliylə ağ günləri yaradır,Daha xoşbəxt gələcəyi var onun.
Dağ yarır gəncliyim,Bağ salır gəncliyim,Baş alıb göylərəUcalır gəncliyim!
Göy Xəzərdə buruqların meşəsi,Dayanmışdır sular üstə min ada.Gəncliyimin azad əmək nəğməsiHavalansın, qoy gurlasın dünyada!
Dağ yarır gəncliyim,Bağ salır gəncliyim,Baş alıb göylərəUcalır gəncliyim!
Eşq olsun bu şən həyata, əməyə!Çağır gəlsin cavan qızı, oğlanı.Qoşul, qoşul bizim bu şən nəğməyə,Heyran edək mahnımızla dünyanı!
Dağ yarır gəncliyim,Bağ salır gəncliyim,Baş alıb göylərəUcalır gəncliyim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-cabbarzade-gencliyim
Клавиши ← → для перехода, R — случайное стихотворение