Eyfel qülləsində...
Eyfel qülləsindən Parisə baxdım,Par-par parıldayan Pari, Paridir.Hər küçə alışan bir boyunbağı,Hər bina bəzəkli bir mirvaridir.
Seçilir qülləli, uca kilsələr,Qələbə tağları baxır göylərə.Bəlkə bir binanı silkələsələrBir şəhər işığı tökülər yerə.
Evlər arxasında atlı krallarİtir qəzəbiylə, əsəbiylə bir.Uzaqdan hamının yoludu yollar,Uzaqdan qəbristan şəhər kimidir...
Eyfel qülləsindən Parisə baxdım,Dünya nə işıqlı, dünya nə gözəl!Dünyanı yaxından görmək istəsənParisi Eyfeldən tamaşaya gəl.
Bulon meşələri təbiət-muzey,Yelisey çölləri abidə-meydan.Varlıqdan şikayət, yoxluqdan gileyBurda bir anlığa çıxdı yadımdan.
Sandım kimlərinsə ev darlığındanQaçıb küçələrdə yaşamır bu nur.Şampan şərabının xumarlığındaQadınlar lüt-üryan soyundurulmur.
Eyfel qülləsindən dünyaya baxdım,Analar körpəli göründü bu gün.Eyfel qülləsindən Senaya baxdım, –Arazlar körpülü göründü bu gün.
Şəhərə qaranlıq olmasın deyə,Kasıblar çəkilib qısıldı tinə.Bu gün yer yağışı yağmadı göyə,Toplar nəfəsini çəkdi içinə.
Elə bil yatmışdı aclar, hərislər,Tamahlar, iştahlar ayıq deyildi.Kiminin miniyi – çaylar, dənizlər;Kiminin miniyi – ayaq deyildi.
Eyfel qülləsindən Parisə baxdım,Elə bil gözümdə «düzəldi» dünya.Eyfel qülləsindən Parisə baxdım,Eyfel qülləsində gözəldi dünya...
Paris, fevral, 1970
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-eyfel-qullesinde
Клавиши ← → для перехода, R — случайное стихотворение