Elə bil ağıllar dolub yelinə,Az qalır evini unuda adam.Hamı «ulduz yeyir» kişmiş yerinə,Hamı söhbət açır Qalaktikadan.

Deyəsən, biryolluq çıxır yadımdanAla itimizə yal bişirdiyim,Qovub saldırdığım eyvanda, damdaAğzından sərçəni sarı pişiyin.

Ağıllı ovçular azdı o zaman,Həvəskar ovçular dovşan vurardı.Sonra dağ kəlini dağlarımızdanAğıllı ovçular qırıb qurtardı.

Ağıl hökm eləyir dünyada, ağıl!Bir ağlın barıdır bəzən bir ölkə,Deyirəm, çaylar da ağıldır – axır,Dənizlər, ümmanlar ağıldı bəlkə.

Ağıllı ağlını at kimi qovur,Ağlın mənzilində dağ, dərə heçdi.Qəfil bir döngədə ağlın cilovuVay odu, ağılsız əlinə keçdi.

Bəşər dəyişdirməz bəşər halını,Kim talan elədi o, talan oldu.Neçə yol ağıllı alman xalqınınAğlını başından çıxaran oldu.

Ağılla ucalıb Versal daşları,Hər çəkic bir ölkə qəddini əyib.İnsan cəsədləri, insan başlarıVersal daşlarından az işlənməyib.

Ehramlar – kükrəyən ağlın vulkanı,Ehramlar – qəlibi qul ürəyinin!Ağıllar başına alıb dünyanı,Atır bir-birinə gələcəyini.

Ağıl qızıxanda – dəvə hikkəli,Köpəndə demirəm o nəyə bənzər, –Yerin kürəyinə çiyin söykənib,Dünyanı tərsinə fırlatmaq istər.

Ağıllı başların qəzəbi-kibrit,Dünyamız bir taya quru küləşdi.Gəl indi bu boyda yanğını kirit –Qəzəb ikiləşdi, baş ikiləşdi.

Bəşər çox təzadlar yükünü dartıb:Dara da ilişib, çıxıb da dardan.Ağıllı azdıqca ağılsız artır,Qoruyun dünyanı «ağıllılardan!»

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости