Qaytar məni
Yaşar Əliyevə
Könül, bu gün nağıl danış,Dünənimə qaytar məni.Ələnməmiş, üyünməmişÖz mənimə qaytar məni.
Mamırına dolu yatanBir dağ döşü – bir daş otaq...Nə əl dəyən, nə zəng çatanÜnvanıma qaytar məni.
Nədir itən, nədir qalan?..Beş-on sözdür ümid – qalam.Baş aparsam, başsız qallam,Yüyənimə qaytar məni.
Aramızda tufan yaşar,Sahillərdən pünhan yaşar.Yaşamağa güman yaşar,Gümanıma qaytar məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-qaytar-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir cəbhəçi dostuma*Bilirəm, köksüylə cəbhələr yaran
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
TövbənaməSənə zahirdir, ey Hayy, xəbirü dana,Olsa hər mazi və müstəqbil və məxfi peyda,