– Könlümə ələndi payız yarpağı...Məhəbbət, nə erkən saraldı belə.– Hər təzə çiçəyim, yaşıl budağımDarandı sənin ki, öz əllərinlə...– Əllərim, cansız daş mamır göyərdir,Açmamış güllərə sən necə qıydın?..– Ağrısı indimi səni göynədir?Özün ki, məst oldun, özün ki, qırdın...– Mən özüm?..

Ürəyim, dillənsənə bir...– İncik məhəbbət də ilğım kimidir,Görünər gözünə,Gülümsər, qaçar,Daha dalısınca ağlama naçar...

Mart, 1974

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе