A dağlar
“Xudahafiz” deyək, gəl halallaşaq,Daha ayrılıqdı, köçdü, a dağlar.Soldu gül, nərgizin, döndü xəzələ,Pozuldu işrətin, keçdi, a dağlar.
Zənbur sızıldaşır şan üstə bala,Alladıb çoxların qoyubsan dala,Bənd olma dünyada dövlətə, mala,Axır aqibətin puçdu, a dağlar.
Keçdi novbaharın, yazın qış oldu,Çərx hərləndi, ömür qəmə tuş oldu,Miskin Abdal, xəyalların puç oldu,Dolanıb güzarım düşdü, a dağlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-abdal-a-daglar
Клавиши ← → для перехода, R — случайное стихотворение