Aldada bilirəm özümü hərdən,Özümə xoş gəlir bu qəbahətim.... Dönəcək gəncliyim uzaq səfərdən,Dönəcək yanında ilk məhəbbətim.

Yüyən gəmirəcək cavanlıq atım,Subay gündəliyim hələ ki ağdır!Zaman saçlarımdan ağ zarafatıUtana-utana aparacaqdır.

Nə zaman tikildi bu tərs dəyirman?Bir nəsil sözünü nə tez danışdı?«Bu da bir zarafat» – deyən NərimanDünən nişanına çağırmamışdı?..

İnana bilmirəm: ölüm haqq ola,Torpaq rəssam uda, bəstəkar uda! –Ana dəfn oluna, gözəl qocala...Bəlkə bir səhnədir,əsərdir bu da...

Deyirəm, dost olum bu mərd düşmənə,Bu yazıq ölüm də qonaqdı yəqin.Qəfil büdrəmələr, qəfil düşmələrHəyatda ötəri sınaqdı yəqin.

Sözün dərgahına dərd yaxın düşə!İnansam, qələmin bağrı çatlayar.Nizami göz yumub, köçdü günəşə,Mənə də bir qarış yer saxlatdırar...

Deyirəm, dahilik hayım-harayımÜfüqdən boylanır... Bu nədir hələ –

Günəşdən ayrıca bir işıq payıMənim ünvanıma yol gəlir hələ.

Üzümə dəyməyir ana nəfəsi,Nə bərk yuxudayam, nə bərk yuxuda...Qızlarım – taleyin ulduz töhfəsi,Oğul da görəydim gərək yuxuda.

Dünya qulaq asır sözün səsinə,Dilimin ucunda ilan durubdu!Nə büksəm həqiqət qiyafəsinəKeşikdə yaraqlı inam durubdu.

Məni mən olanlartez duyub anlar,Dünyada nə qədər yalançı vardır!Bəlkə də özünü aldatmayanlarDünyada ən böyük yalançılardır.

Dekabr, 1973

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов