Babamın gür səsi vardı,Babam bəzənElə bərkdən danışardı –Az qalardı taxçadakıçıraq sönə.Yarpaqlartab gətirməzdigülüşününləpəsinə.Babam elə danışardı,Bəlkə də birQərbli qonaqDeyərdi ki,insana bax!Adətə bax!...O coşanda,O, qəzəblə danışandaDeyərdin ki, bu saatcaSinəsindən şir çıxacaq...Bəli, babam,Dağ oğluydu!Dağ sinəliolmalıydı.O, səsiniŞimşəklərlə cilalayıb,Gurşadlarla yumalıydı!Babama da bu gur səsi,Köhlən yoranBu nəfəsi –Miras verən babalardı.Min illəri yola salan

Bu dağlardı,Dərələrdi,obalardı.Qıjıltısı qulaq tutançay dərəsi –Keçməliydi onun səsi,Quzuların mələşməsi,Qartalların qıyıltısı,Arıların guyultusu,Dağ selləri,Dağ yelləriMaqnit olubSəsi-ünütutan yerdə,Ağız açan mağaralarTop nərəsi udan yerdə –Torpağın axın-axınAt dırnağı görən igid,Xoş gününüƏldə qılınc –At belində sürən igid,Gur səslə de,Harayla da –İlkin hasar oldu yada,Meşələrin sükutunaBatan kəndlər,Dərələrin boğazındayatan kəndlərNərələrdən qalxmalıydı.Bu nərələrBasqınlara,Silahlanmış azğınlaraİgidlərin ən birinciqalxanıydı.Bəzən elə bir nərə dəSıldırımlı bir dərədəSəda verib min olurdu.Qoca dağlar silkələnibDüşmən üstə uçulurdu...Qoy bu günün düşməni dəAt çapmasın harın-harın,Torpaq altda gizlətmişikGur səsini babaların!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов