Oxu, tatar qızı
Oxu, tatar qızı, dodaqlarınıDarasan çayına söykəyib, oxu!Qayalar şəkləyib qulaqlarınıTanış bir nəğməni dinləyir, oxu!
Bu dilsiz daşlara səslər hopulub,Yaşayır uçrumlu dağ arasında.Sahildən qovulub, yurddan qovulubGizlənib bir ayı mağarasında.
Oxu, dünəniylə gəlib görüşənBir tatar qarısı tuş olsun ona.Yetim uşaq kimi didərgin düşənNəğmələr tapılıb qoşulsun ona.
Nəğmənin səfəri üfüqlərədir,Nəğmənin mənzili qalmaz yarıda.Oxu, varaqlansın gözümdə bir-birBabanın dünənki günahları da.
Səni başa düşər qədim bir qala,Anlar binaların, yolların çoxu.Oxu, tatar qızı, yarımçıq qalanBir el nəğməsini təzədən oxu...
Yalta, yanvar, 1968
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-oxu-tatar-qizi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Tarizən, çaldıqca qurtarmır yenə,Sinəndə nə qədər mahnı var sənin!
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.