Köhnə qafiyələr – Çaylaq daşları
Şairlər, sözləri buxovlamayın,Gəlin yığışdıraq qafiyələri!Təzə fikirlərə yaxın qoymayınÜzülmüş, süzülmüş qiyafələri.
Nə qədər çaydaşı çaylağı ovsun?Çay bezər – sel təzə daş gətirməsə.Bəlkə ovçuluqdan doyar da ovçuHərdən torbasını boş gətirməsə.
Məlum qafiyələr əkiztay quzu;Kərəsi, kürəsi, təpəli birdir.Şığıyıb birini apardı quzğun...Hansını?.. Çobanın özü də bilmir.
Sürtük qafiyəni min qələm yonub,Ələnib, sovrulub bitli dən kimi.
Bəzisi dalında gizlənir onun,Qurd kəsək dalında gizlənən kimi.
Gəlin, cındırından sap çəksin hərə,Tapaq bu sözlərə ayrı bir peşə;Bəlkə biz onları yığıb bir yerəYollayaq Xaqani, iyirmi beşə?
Yüyürək özümüz onlardan qabaqKöhnə qafiyələr muzeyi açaq.Onda söykənəcək «ürək» «dirəyə»,Onda yapışacaq «gərək» «görəyə».
Onda sığınacaq «yovşan» «dovşana»,«Yalançı», «plançı» dirsək-dirsəyə,«Talançı», «palançı» kürək-kürəyə.Özünü axtarar «axur», «naxır da»,Onlara qoşulmaq istər «paxır» da,Sonuncu qafiyə «və ilaxır» da...
Gözlər torlananda, çənə əsəndəGəlin çaş salmayaq sözlə əsanı.Şairlər, bu «can-can» çeynəməsindənCanını qurtaraq «Azərbaycanın...»
Daş əzdi, qum sıxdı – yağ alınmadı:Heybəli, xurcunlu, çarıqlı şerim.Nə qədər çalışdın «ağ» alınmadı,Köhnə qafiyəsiz darıxdı şerim...
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-kohne-qafiyeler-caylaq-daslari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tanrım, məni məndən qoru bu yaşda:Hər döngəyə döndərməyim döngəmi.
KöçəriSən də köçərisən, mən də, bilirik,Deyən yox özünə: «yazıq köçəri».
Əlim çatmaz, ünüm yetməzBir də gəldim, bir də gördüm dağları:Əlim çatmaz, ünüm yetməz...
Qorxu günü, insaf günüYüz gündə bircə gün Allahdan qorxun,*Olmasa da qorxun, olsa da qorxun.*
Стихи других поэтов
Sənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olurQan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
چون رخ معشوق خندان شد بصحرا لاله زارابر نیسانی همی گرید ز عشق لاله زار