(«Naməlum qadına məktublar»dan)

Bizim faciəmiz qəhqəhəli qəm,Bizim komedyamız qəm dolu gülüş.Məhəbbət körpümüz, deyə bilmirəmNecə tikilmişdi, necə sökülmüş...

Mən ki, dil açardım məhəbbətinlə,O necə əriyib bir güman oldu?!

Qurulan bir evə birinci pillə –İnam pilləsində yıxılan oldu.Çökdü süfrəmizə giley dumanı,Tikanlar göyərdi könül yaramda.Öldü sevgimizin baş qəhrəmanıÖldü o səninlə mənim aramda.

Fikrinin göz görməz rişələrindəQalan düyünlərmi meylini əydi?!Qəlbinin qaranlıq guşələrindəAyaq yerləri də gözümə dəydi...

Dedim ki, əriyər bu ötərgi qış,Taparsan odunu, közünü məndə.Fəqət sən özündə məni tapmamışAxtarmaq istədin özünü məndə.

Nə qədər axtardın – tapılmadın sən,Məni də qınadın çox sərtəm deyə.Xəyanət qılıncı kəsən ürəkdənƏdalət, mərhəmət istəmək niyə?!

Həyat qulağımdan bir məsəl asdı,Sən də bil, gərəyin olar bir zaman,Ürəyə girməyi bacarmaq azdır,Ürəkdə qalmağı bacarmalısan!

Sinəm çox söykənib buz nəfəsinə,Məhəbbət, ehtiras, ünsiyyət deyil.Özümü yaşatmaq xatirəsinəSəni yaşatmaq da məhəbbət deyil.

Çıxıram şəhərlər, kəndlər seyrinə,Atıram olanı, keçəni bir-bir.Bu qədər sənsizlik, sənsizlik yenəSəni ürəyimə qaytara bilmir...

Bizim faciəmiz qəhqəhəli qəm,Bizim komedyamız qəm dolu gülüş.Məhəbbət körpümüz – deyə bilmirəm –Necə tikilmişdi, necə sökülmüş...

Lvov – Bakı.İyul – avqust, 1966

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов