Çiynimdən düşməyir dərdi-sər yükü,Həmişə kədərim, qəmim oyaqdır.Qayğılar qapımı elə döyür ki,Qayğılar ömürlük mənə qonaqdır.

Fikrimdə tufanlar çırpınır, sınır,Qələm dalğıc olur, söz dalğıc olur.Bəzən bir işimin fərəhli sonuBir işə fərəhsiz başlanğıc olur.

Sifariş göndərir umu-küsülərToylardan, yaslardan, xəstəxanadan.Hərdən hesabatsız qalan kürsülərÇıxarmaq istəmir məni də yaddan.

Bir qəmin şəriki olmasa qəmim,Sevinc oyatmasa sevincim əgər,Sanıram çiynimdən ömürlük mənimƏzab mələkləri düşməyəcəklər.

Yaxşı ki, fikrimi gözümdən duyub,Çox şeyi qələmlə kağızlar udur.Qayğılar qəlbimi yaman tanıyıb,Qayğılar qəlbimin poçtalyonudur.

Məndən kəndimiz də küsübdür, – deyir:Yoluma göz dikən yollar yorulub,Köçəri quşların uçub getməyiBəlkə getməməyim ucundan olub.

Bir bağda barını qurd-quşlar yeyənBudaq quruyubsa – günahkar mənəm,Neçə il gözünə əlim dəyməyənBulaq quruyubsa – günahkar mənəm.

Mənə bir dərd olur, doğru bir sözüYalan daşlarının batırmağı da.Biçili, ütülü bir şərəfsizinŞərəf kürsüsündə oturmağı da.

Mənə bir dərd olur, dünyanın bu günHələ çox dərdini dəf etməmişəm.Mənə bir dərd olur, dərd olur neçünAnamı sinəmdə dəfn etməmişəm?!

Hər yetim baxışı mənə ittiham,Sinəmə xəncərdir dilənçi əli.Gah masam – alışıb yanan Vyetnam,Gah əlim – düyümlü bir zənci əli!..

Hardasa qayğılar yol gəlir hələ,Sabahkı qayğıma qarışmaq üçün.Hələ məndən qaçan çox dərdlərimləMəqam axtarıram vuruşmaq üçün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов