(pərdəsiz dram-zarafat)

Qapım döyülür.– Ey kimsən?– Xatirəyəm.Mən.Məktub gətirmişəm ilk məhəbbətdən.(Mətbəxdə qəzəbli qadın görünür.O, məktub əlində qapıdan dönür).Qapım döyülür.– Ey kimsən?– Tərifəm!– Buyur!– İçkin var?– Yoxumdur!– Onda yaz!(Ayağa durur).Taq-taq.– Ey kimsən?– Mənəm, aç,–Ehtiyac!– Nə xəbər, çoxdandır yoxsan?!– Deyən az gələndə çox darıxırsan?Taxçanı boşaldın,Boxçanı boşaldın...Qonşun beş adamın maaşın alır...O var, e...filankəs...o, maşın alır.– Sən Allah, qoy yazaq!...

Yenə də taq-taq...– Ey kimsən?– Son xəbər qağandır! –Dağılıb qurtarmır bu dünya andır:Əsrimiz diplomat əsridir, baba!Dillərdə sülh gəzir, ciblərdə bomba...Turdan adlamadın...dostun var orda...Dünən iki şerin batdı naborda.– Qoyun nəfəs alım, ay aman, nəfəs...Yenə bir qapını döyürdü bir səs:– Ey kimsən?– Şöhrətəm!– Buyur, sizə kim...– Məmməd İbrahim...– Qardaş, gecikmisən,– O burda yaşamır!– Harda yaşayır?– Yaxında, üstündə bir qız ağlayanQəbir var –Orda yaşayır...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов