Ulu şahım, qılıncına söykənim!
Xətainin ruhu qarşısında.
Şah Xətai, qüvvətimiz haçalanır,Qüdrətimiz, qeyrətimiz haçalanır,Varlığımız çiliklənir, parçalanır,Ulu Şahım, qılıncına söykənim!
İçimizdə döyüş gedir, vuruş gedir,Özümüzdən özümüzə yürüş gedir...Biz qılıncı tərs tutmuşuq;Özümüzü kəsir ağzı;Qəh-qəh çəkir düşmən – azğın.Biz qılıncı tərs tutmuşuqVə beləcə özümüzü unutmuşuq...Ulu Şahım, qılınc çalmaq öyrət bizə!
İçimizdə şeytan səsi,Yalan səsi, böhtan səsi –Didir bizi, yeyir bizi,Ulu Şahım,Qibləmizə çevir bizi!Ulu Şahım, qılıncına söykənim!Zülmətlərə göz dikmədən kor olmuşuq;Özümüzü görmüşük ta, yorulmuşuqÖzümüzü görməyi sən öyrət bizə,Uçurulmuş dünyamızıHörməyi sən öyrət bizə!Ulu Şahım,qılınc çalmaq öyrət bizə!
İçimizlə vuruşmağı öyrət bizə!Xırdalayaq:nəyimiz var,nəyimiz yox;Nəyimiz az, nəyimiz çox,Bəs eləyər – çox ələdik göz yaşı da,Göz yaşımız əritdi ən sərt daşı da.Yağıları sevindirdik, bəs eləyər!Al mumluğu,al, qəddarlıq öyrət bizə!Bir azca da canavarlıq öyrət bizə.Onda bəlkə qoyun-quzuolanımız təzər, itər;Onda bəlkə sərhəd boyuərlər bitər, nərlər bitər...
Ulu Şahım, qılıncına söykənim!Biz düşmənlik bacarmadıq,Düşmənləri tanımağı öyrət bizə,Biz nifrətiqanımızla yoğurmağı bacarmadıq.Qələminlə sən mələklik öyrətmisən,Qılıncınla Əzrayıllıq öyrət bizə.Biz özümüz özümüzə məğlub olduq,İçimizdə, qanımızda məğlub olduq.Məğlubların şərəfinə süfrə açdıq.İsti çörək, «isti qorxu» yedizdirdik.İsti qəzəb, isti yaraq,İsti nifrət... yox, vermədik!İçimizdə yer şumladıq;Yaxşı-yaxşı xəyanətlər,Yaxşı-yaxşı cinayətlər bitirməyə.Gör ağlımız yetir nəyə?Gör əlimiz yetir nəyə?Tanrı, bizi bizdən qoru!Öz əlimizdən qoru,Əməlimizdən qoru!Bu millətin süfrəsini duzsuz qoyma,Bu millətin kürsüsünü sözsüz qoyma!Namərdi sən elə yatırt,Qoy biryolluq ayılmasın.Ulu Şahım, ruhun bizdən ayrılmasın,Ulu Şahım, bizə yar ol!Ulu Şahım, qılıncına söykənim!..
29 sentyabr 1994
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-ulu-sahim-qilincina-soykenim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tanrım, məni məndən qoru bu yaşda:Hər döngəyə döndərməyim döngəmi.
KöçəriSən də köçərisən, mən də, bilirik,Deyən yox özünə: «yazıq köçəri».
Əlim çatmaz, ünüm yetməzBir də gəldim, bir də gördüm dağları:Əlim çatmaz, ünüm yetməz...
Qorxu günü, insaf günüYüz gündə bircə gün Allahdan qorxun,*Olmasa da qorxun, olsa da qorxun.*
Стихи других поэтов · Хвалебные
Saqi, nəzər et məclisə, gör canım hardadır?Bir yol güzər etməz bizə cananım, hardadır?
Nədir, aya, yenə üsyanları iranlıların?Опять неймется голытьбе - умерь ее, аллах!Взыграла кровь у персиян, и мести блеск в очах!
تا سپاه گل هزیمت شد ز خیل ماه تیراز ترنج افروخت بستان چون سپهر از ماه تیر
YamandırBadi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır