(60 illik yubiley günündə)

Bağışlasın məni bəzi oratorlar,Bu gecəyə bir azacıq əlavəm var.Mən də şerin xidmətçisi,Mən də şerin yiyəsiyəm.Var sözümü bir məzarınQulağına deyəsiyəm:Tərif, tərif səhnə dolu – yetməz sona!Alqış, alqış! Az qaldı ki, tavan sına!Sən gəlmədin bu axşama, səsin gəldi,Səsin əzəl qulağıma həzin gəldi,Sonra bir az nəfəsinə qüvvət gəldi,Çox xəbislər elə bildi Səməd gəldi:Ön sırada titrədilər,Ön sırada büdrədilər.Lent qurtardı, nəfəs dərib, «ox» – dedilər...Çox «vəfalı dostlar»ın daO gecədə yoxdu, ancaq:Bilirdilər Səməd bir dəMəruzəçi olmayacaq.

Fəqət mənim deyəcəyim bunlar deyil.Sənə məchul həqiqətdən sənə deyim:Səndən sonra səni bir az silkələdik,Çox aradıq, çox çevirdik, çox ələdik.Böyüklərin faciəsi böyük olur.Böyüklərin nöqsanlarıÇiyinlərdən çətin enən bir yük olur.Sağ olsaydın çox nidalı sətrini sən,Çırpıb yerə, ayaqlardın.Biz saxlayan çox şeyləriAz güman ki, sən saxlardın.Sənin sənət dəftərindəBunlar kiçik nöqtələrdi.Bunlar çoxu möhürlənmiş diqtələrdi.Şöhrətinə qibtəkar daBu «təftişi» saldı səsə:Sevincindən az qaldı ki,Övladını qurban kəsə,Bəzisi də üzdə sənin tərifinidil-dil ötdü,Daldadasa, sağlığında min yol sənədahi deyən,Öz kölgəndə yallanaraq zingildəyənNankorları sapand etdi.Səndən sonraŞerimizin xəritəsi təzələşib,Ona yeni şer adlıçox şəhərlər, kəndlər düşüb,Yeni-yeni çaylar, göllər, bəndlər düşüb.Hələ tədqiq olunmamış dərdlər düşüb.Yeni dağlar, dağ zirvəsi yoxdur hələ,Yeni tənqid zəlzələsi yoxdur hələ.Səndən sonra tənqid bir az yuxalıbdır.Yaxşı-pisin çəki daşı yoxalıbdır.Səndən sonraŞerimizə təzə-təzə yollar gəlib,Bəzən isəŞerimizə qol olmayan qollar gəlib.Səndən sonra cavanlara vədlər artıb,Vədlərin də iki misli sədlər artıb.Bəziləri gözündə busalxımlanan həqiqətəgözü kordur.Bəzisi də

Çəkişmələr konsertinə dirijordur...Nə gizlədim, həqiqəti şax deməyin,Doğru sözün «səni» çatmır.Atmacalar gülləmizin«səni» çatmır.Səndən sonraGörüşlərin hərarəti sənsizləşib,Kürsülərin cəsarəti sənsizləşib,Ağsaqqallar səxavəti sənsizləşib!..Mən saymadım sənsizləşib daha nələr,Axı niyə sənsizliyi gizlədələr!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов